-
Yanvarın 31-də bir qrup gənc Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirib.
Hadisə yerində olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, yazıçının «Daş yuxular» romanına etiraz edən aksiyaçılar «Əkrəm, ölkədən çıx!» və s. şüarlar səsləndiriblər. Yazıçı Əkrəm Əylislinin şəkilləri də yandırılıb.
Polis hadisə yerinə gec gəlib və aksiyaya müdaxilə etməyib.
Yerli agentliklər aksiyanı Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatı və bir qrup tələbənin keçirdiyini yazırlar.
Bu günlərdə yazıçı Əkrəm Əylislinin «Drujba narodov» jurnalında «Daş yuxular» romanı dərc olunub. Etirazçılar hesab edirlər ki, yazıçı romanında Azərbaycan xalqını aşağılayan fikirlərə yer verib. Ancaq müxalifyönlü KİV-lər ehtimal edirlər ki, Əkrəm Əylislinin tənqidi çıxışları bəzi hakim dairələri narahat etdiyindən, ona qarşı belə etirazlardan istifadə olunur.