-
Azərbaycan yazıçısı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı ABŞ-ın «Strategic Book Publishing and Riphts Agensy (SBPR)» nəşriyyatında çap olunub («The İncomplete Manuscript»).
Romanda "Kitabi-Dədə Qorqud"a və salnamələrdə Şah İsmayıl haqda yazılanlara postmodern yanaşma var.
Oxucuya düşünmək üçün material verilir, insan öz tarixini, mədəni irsini toxunulmaz mif kimi qavramalıdır, yoxsa həmin tarixi və irsi dərk edərək ondan bu günün prizmasından nəticə çıxarmalıdır?
Üz qabığında, əsərdə cərəyan edən hadisələrə uyğun - Orta çağ və Dədə Qorqud dövrlərinin ruhunu əks etdirən illüstrasiya verilib.
«Yarımçıq əlyazma»nın ABŞ nəşrinin ön sözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə mütəxəssis Max Statkiewicz yazıb.
Kitabı ingiliscəyə Anne Thompson tərcümə edib.
Roman bundan əvvəl Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa kimi ölkələrdə də çap olunub.