Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:25

Elşad Abdullayev «prezidentin mühafizəçi»sindən söz açır...


Mətbuat icmalı
Mətbuat icmalı
-
«Azadlıq» qəzeti həmin şəxsin də Elşad Abdullayevdən qardaşının qaytarılması üçün pul istədiyini yazır.

Qəzetin qeyd etdiyinə görə, «videodakı söhbətlərdən belə aydınlaşır ki, bu kadrlar Mahir Abdullayevin oğurlanmasından 10 ay sonraya – 2004-cü ilin avqustuna təsadüf edir. Həmin görüntülərdə Səftər Kələntərov Elşad Abdullayevdən qardaşının işi ilə əlaqədar Sankt-Peterburqa gedib-gəlmək üçün 3 min dollar pul istəyir. Mahir Abdullayevin harada saxlanmasına gəlincə, Səftər Kələntərov onun Çeçenistanda olduğunu bildirir».

«Söhbətdən o da məlum olur ki, Səftər Kələntərov Elşad Abdullayevə qardaşının görüntüləri olan videokaset və fotolar gətirməyi vəd edib. Ona görə də Elşad Abdullayev ondan həmin görüntüləri tələb edir». [Video burada]

«MƏNİ OĞURLAMAQ İSTƏYİBLƏR»

Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində eks-prezident Ayaz Mütəllibov deyib. «Deyirdilər Mütəllibov zəifdir, yaralıdır, gəlin onun axırına çataq».

Ayaz Mütəllibov qəzetə deyib ki, «Rusiyada mənim başıma oyunlar gəlib, oyunlar açılıb. Azərbaycanın eks-prezidentinə qarşı olan haqsızlıqlara etiraz edən azərbaycanlıları eşitmədim. Heç kimi. Məni yolda saxlayıblar, milis əməliyyatı olub, məni oğurlamaq istəyiblər». Mütəllibov küskün olduğunu, ona ancaq həyat yoldaşının sadiq olduğunu bildirib. «Heyfsilənirəm ki, mən nə ona, nə uşaqlarıma normal həyat verə bilmədim, mənimlə bir yerdə şikəst oldular. Böyük oğlum ürəyimi yeyə-yeyə bu dünyanı tərk etdi. İndi kiçik oğlum qalıb, o da heç yerdə işləmir».

MÜXALİFƏT BU SEÇKİLƏRDƏ DƏ MƏĞLUBİYYƏTƏ MƏHKUMDUR

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsini dərc edib. Siyavuş Novruzov deyib ki, «müxalifət əvvəlki seçkilərdə olduğu kimi, indi də nə namizəd müəyyənləşdirib, nə də partiyaları daxilində islahatlar aparıblar. Mətbuatda yazılanlara baxmayaraq, ümumilikdə götürəndə, müxalifətin seçki ilə bağlı konkret mövqeyi yoxdur. Ayrı-ayrı partiya sədrləri bəyan ediblər ki, seçkilərdə namizədliklərini irəli sürəcəklər. Lakin həmin şəxslərin rəsmi şəkildə namizəd olması barədə hələ onların partiyalarının ali orqanlarının qərarı yoxdur. Bir müddət vahid namizəd məsələsini ortaya atmışdılar. Sonradan bəlli oldu ki, partiyalar, ictimai təşkilatlar özləri namizəd müəyyənləşdirmək istəyirlər. Hesab edirəm ki, bu prosesin özü çətindir. Çünki bunun üçün sosial baza, elektorat olmalı, müxtəlif proqramlar hazırlanıb cəmiyyətə təqdim edilməlidir. Müxalif qüvvələrdə isə bu potensialı görmürəm. Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də onlar qalib gələ bilməyəcəklər».

NEFT VƏ MİLYONLAR SƏLTƏNƏTİNİN QULLARI...

«Bizim yol» qəzeti yazır ki, «camaat arasında «qul bazarı» kimi tanınan, rəsmi qurumlar tərəfindən isə «əmək birjası» kimi təqdim olunan məkanlar get-gedə Bakını «bəzəyir». Qabaqlar bu cür məkanlara, yalnız bağ massivlərinə gedən yollarda rast gəlinərdi, indi isə şəhərin mərkəzində də belə «bazarlar» baş alıb gedir. Ölkədə «iqtisadi sıçrayışlar»dan dəm vuran məmurlar, avropalaşan analoqsuz ölkədə bu bazarları görmək istəmir və ya görməməzliyə vururlar».
XS
SM
MD
LG