"Qanun" nəşriyyatı oxuculara iki yeni kitab təqdim edib.
Bunlardan biri dahi rus yazıçısı Lev Tolstoyun "Anna Karenina" romanı, digəri isə azərbaycanlı yazar Natella Osmanlının "Xar tut" əsəridir.
"Anna Karenina" hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında romandır.
Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı.
Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir!
O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Əsəri Azərbaycan dilinə Samir Bulut çevirib.
"Xar tut" isə "Ən yeni ədəbiyyat" seriyasında çap edib.
Mən vəfasızam – əsərin baş qəhrəmanı olan Minə Bakı gəncliyinin səciyyəvi nümayəndəsidir. Yaxşı təhsil, xarici şirkətdə iş, dəbdəbəli ziyafətlər, ailə qurmaq istəyi…
Lakin elə bir an gəlir ki, Minə seçim qarşısında qalır və onun vəfasız olub-olmadığını artıq oxucu qərar verməlidir.