Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 06:25

«Xudojestvennaya literatura» Kamal Abdullanın 2 romanını çap edib


Kamal Abdulla
Kamal Abdulla
-
Yazıçı Kamal Abdullanın romanlar trilogiyası Rusiyada yenidən çap edildi.
Ölkənin məşhur «Xudojestvennaya literatura» nəşriyyatı müəllifin «Yarımçıq əlyazma» və «Sehrbazlar dərəsi» romanlarını bir kitabda nəşr edib. Kitaba önsözü yazıçı, filologiya doktoru Abuzər Bağırov yazıb. Tanınmış rus tənqidçiləri Lev Anninskinin və Lüdmila Lavrovanın Kamal Abdulla haqqında məqalələri də kitabda yer alıb. Hər iki roman Rusiyada ikinci dəfədir ki, nəşr edilir.
«Yarımçıq əlyazma»nın rus dilinə, L. Anninskinin də təbirincə desək, «virtuozcasına» tərcüməsi Azərbaycanın ünlü sənət adamı Vaqif İbrahimoğluna məxsusdur. «Sehirbazlar dərəsi»ni isə Lüdmila Lavrova tərcümə edib. Hazırda müəllifin «Unutmağa kimsə yox» romanı rus dilinə çevrilir. Beləlilə, trilogiya tam həcmdə rus oxucularına çatdırılacaq.
XS
SM
MD
LG