-
Mayın 23-də saat 10:30-da Bakının Əmircan qəsəbəsində (Əlisöhbət Sumbatzadə küç. 5a) xalq rəssamı Səttar Bəhlulzadənin Ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçiriləcək.
S. Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işlərini Mədəniyyət və Turizm Nazirliyi aparıb.
Rəssamın ev-muzeyinin yeni ekspozisiyası yaradılıb.
Muzey iki mərtəbədən və həyətdən ibarətdir.
Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq 1 dəhlizə sığışıb.
Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, eləcə də, «Yuxarı Daşaltı» əsərinin reproduksiyası nümayiş olunur.
Muzeyin kiçik otağında «Corat qovunları» adlı əsərin reproduksiyası, rəssamın fırçaları, boyaları, S. Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb.
Zalda S. Bəhlulzadənin «Mənim anam», «Kəpəzin göz yaşları», «Bazardüzü» əsərlərinin reproduksiyaları, heykəltəraş Pyotr Sabsayın «S. Bəhlulzadənin portreti» adlı əsəri nümayiş olunur.
RƏSSAM VƏ ANASI...
Vitrinlərdə əlamətdar hadisələrlə bağlı rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, S. Bəhlulzadənin müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədlər nümayiş olunur.
Ekspozisiyada S. Bəhlulzadənin və anası Hökümə xanımın fotoları, «Qudyalçay vadisi», «Füzuli», «Məcnun» və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostlarının bağışladığı kitablar, eyni zamanda S. Bəhlulzadə haqqında yazılmış kitablar, rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, fotoları, başqa məişət əşyaları sərgilənir.
Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində (Xilə) doğulub.
1927-1931-ci illərdə rəssamlıq məktəblərinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub.
Yaradıcılığa Əzim Əzimzadənin rəhbərliyi ilə qəzetdə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu karikaturaları çap edilib.
Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunub.
Əsərləri R. Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Moskva və digər şəhərlərin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Səttar Bəhlulzadə 1974-cü ildə oktyabr 14-də müalicə üçün getdiyi Moskvada vəfat edib.
Bənzərsiz rəssam doğulduğu kənddə dəfn olunub, qəbri üstündə ona abidə ucaldılıb.
1994-cü ildə o vaxtkı prezident Heydər Əliyevin sərəncamına əsasən Əmircanda yaşadığı evdə muzey yaradılıb.