Keçid linkləri

2024, 07 Sentyabr, şənbə, Bakı vaxtı 05:25

ATƏT təmsilçisi iki bloqqerin həbsindən dərin narahatlıq bildirib


ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Dunja Mijatovic
ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Dunja Mijatovic

-

ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Dunja Mijatović Azərbaycanda iki bloqqerin həbsindən dərin narahatlıq keçirdiyini deyir. Bəyanat iyulun 7-də yayılıb.

TƏNQİDİ XƏBƏRÇİLİYƏ ZİDD TENDENSİYA

«Azərbaycanda söz azadlığına görə həbsə atılanların siyahısı sürətlə artır. Azad səslərin susdurulması ATƏT-in media və ifadə azadlığı öhdəliklərinin ciddi pozulmasıdır və tənqidi xəbərçiliyə ziddir».

Bu il mayın 27-də və iyulun 4-də onlayn fəallar və bloqqerlər Ömər MəmmədovƏbdül Əbilov hakimiyyəti tənqid edən fikirlərə görə 5 il və 5 il yarım həbsə məhkum edilib. Onlar narkotik maddələrin qanunsuz saxlanması və satışında ittiham olunur.

Bəyanatda Pərviz Həşimli, Nicat Əliyev, Sərdar Əlibəyli, Rəşad Ramazanovun işləri də sadalanır.

ÖZÜNÜ SENZURA ARTA BİLƏR

«Bu narahatlıq doğuran tendensiya Azərbaycanda mediaya mənfi təsir göstərə, özünü senzuranın artmasına gətirə bilər. İfadə və media azadlıqları bütün zaman kəsimlərində təmin olunmalıdır. Hakimiyyəti media təmsilçilərini susdurmaq təcrübəsinə son qoymağa çağırıram,» Mijatović deyib.

Mijatović ölkədə media azadlığının durumunun yaxşılaşdırılması üçün hakimiyyətə yardıma hazır olduğunu bildirib. Onu da vurğulayıb ki, yaxın zamanlarda hakimiyyətin dəvəti ilə Azərbaycana edəcəyi səfəri səbirsizliklə gözləyir.

XS
SM
MD
LG