Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Sülhəddin Əkbər Müsavat Məclisinin sədri seçildi


Sülhəddin Əkbər, Bakı, 10 iyul 2005
Sülhəddin Əkbər, Bakı, 10 iyul 2005

Sentyabrın 30-da Müsavat partiyasının Məclis sədrliyinə seçki keçirilib. Seçkidə 138 məclis üzvündən 124-ü iştirak edib. Sülhəddin Əkbər sədr seçilib. Vurğun Əyyub və Osman Kazımlı Divan üzvü, Tofiq Yaqublu isə məclis katibi seçiliblər. Seçkidə həmçinin komissiya sədrləri də müəyyənləşib.


Sülhəddin Əkbər 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 1995-ci ildə Müsavat Partiyası Başqanının siyasi məsələlər üzrə müavinidir. Sülhəddin Əkbər həm də 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını yaradıb və hal-hazırda onun prezidentidir.
XS
SM
MD
LG