Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:14

Oktyabrın 9-da Xədicə İsmayılın məhkəməsi olacaq


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Oktyabrın 3-də Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.

Ərizə baxılmaq üçün icraata götürülüb.

Bu haqda AzadlıqRadiosuna Elman Türkoğlunun özü məlumat verib.

Məhkəmə oktyabrın 9-a təyin olunub. Prosesə hakim Sədrəddin Hacıyev sədrlik edəcək.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Məhkəməyə müraciətə gəlincə, Xədicə İsmayıl iddiaçının adının bu kontekstdə hallanmasının onun nəyinə lazım olduğunu anlamadığını deyir:

«MTN-nin adamları pusması və əməkdaşlığa cəlb etməsi barədə mənə göndərilən və sənəd kimi təqdim olunan əslində bir fayl olub. Mən həmin məlumatı yaymadan öncə adları və şəxsin kimliyini müəyyənləşdirə biləcək digər informasiyalar pozmuşam. Bilmirəm adının bu kontekstdə hallanması iddiaçının nəyinə lazımdır? Hər halda heç kimi bunu öz xoşuna etməz. Bu işdə qarşı tərəf MTN olacaq».

Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

Xədicə İsmayılın bu gün oktyabrın 3-də Bakıya qayıdışı gözlənilir. O, Strasburqda Avropa Şurası parlament assambleyasının üzvləri ilə görüşlərdə iştirak edib. Azərbaycanın araşdırmaçı jurnalisti Xədicə İsmayıla deyilib ki, o, Azərbaycana qayıdanda həbslə üzləşəcək.

XS
SM
MD
LG