Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 04:56

Terror aktından sonra romanı bestseller oldu


Michel Houellebecq
Michel Houellebecq

-

"Oxu zalı"nda tanınmış fransız yazıçısı Michel Houellebecq-in "İtaət" adlı yeni romanının, çap olunmamışdan əvvəl böyük müzakirələrə yol açdığını xəbər vermişdik.

Anti-utopiya janrında yazılan və Fransada müsəlmanın prezident seçilməsindən bəhs edən romanın satışa çıxması islamçı ekstremistlərin Parisdə "Charlie Hebdo" satirik dərgisinə hücumuyla üst-üstə düşüb.

Elə jurnalın son sayının üz qabığında da yazıçının karikaturası və romanı haqda məlumat verilib.

Terror aktından sonra roman amazon.com-da bestsellerə çevrilib.

Romanda indiki sosialist prezident François Hollande reytinqinin yerlərdə sürünməsinə baxmayaraq 2022-ci ilə qədər hakimiyyətdə qalır.

Prezidentlik uğrunda yarışda Ben Abbas solçu və mərkəzçi qüvvələrin dəstəyilə ifrat millətçi namizədi məğlub edir. O cümlədən keçmiş prezident Nicolas Sarkozy-nin dəstəyilə...

2001-ci ildəki bir müsahibəsində Houellebecq İslamı dinlərin ən pisi adlandırmışdı.

Bundan sonra Fransanın müsəlman birlikləri yazıçını dini ayrı-seçkilikdə ittiham edib hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Məhkəmə iddianı rədd etmişdi.

Yazıçı deyir ki, onun hədəfi İslam yox, islamçı ekstremistlərdir.

"Telegraph"a istinadla OxuZalı

Michel Houellebecq-in karikaturası "Charle Hebdo"nun son sayının üz qabığında (www.linternaute.com)
Michel Houellebecq-in karikaturası "Charle Hebdo"nun son sayının üz qabığında (www.linternaute.com)

XS
SM
MD
LG