Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:10

İranda etniklər farscanı ləhcəylə danışdığı üçün niyə utanırlar


Ramin Cabbarlı
Ramin Cabbarlı

- "Daha çox hamını bir gözlə gördüklərini, etnik fərqliliyin onlar üçün əhəmiyyət daşımadığını və beləliklə, o proqramda da hər hansı bir etnikə qarşı təhqir hiss etməkdiklərini ifadə edənlər oldu."

"İrq və etnik bərabərliyin olmadığı bir toplumda etnik və irq neytrallığı prinsipindən yola çıxmaq, əslində bərabərsizliyi qorumağa qalxmaqdır."

Ramin Cabbarlı

İran Rəngkoru Rasizmi ilə qarşı-qarşıyadırmı?

Təbriz İran telekanalının uşaq verilişindəki təhqirə etirazlar
Təbriz İran telekanalının uşaq verilişindəki təhqirə etirazlar

İranın fərqli şəhərlərində Türklərin keçirdikləri etiraz aksiyaları bir sıra ictimai mübahisələrə şərait yaradıb.

Özəlliklə farsdilli media orqanlarında bu məsələni analiz etmək üçün bir çox fərqli düşüncələrə yer vermişlər.

Bu arada, İran sənətkarları, ictimai fəalların da baxışları geniş şəkildə yayılmış və əksər hallarda bir-birilə toqquşan ifadələr ortaya çıxmışdır. Kimisinə görə “İRİB TV-2” kanalında yayımlanan uşaqlar üçün nəzərdə tutulmuş "Fitile" komediya verilişində baş verənlər bir komediyada normal sayıla bilər, kimisinə görə isə bu, qəbuledilməz təhqirdir.

Şübhəsiz, bu ictimai məsələni sosial kontekstdə deyil, yalnız proqramdakı dialoqlar çərçivəsində analiz etmək seçə biləcəyimiz yanıldıcı yollardan sayılardı.

Eləcə də baş verən etiraz aksiyalarını, sadəcə "Fitile" verlişinə olan etiraz kimi görmək, iç-içə olan mürəkkəb faktorları gözardı etmək olardı.

Bu üzdən bu yazıda oxşar hadisələrin toplumdakı funksiyası və buraxdığı izləri işarə incələməklə yanaşı, bir sıra İran sənətkarları və ictimai fəallarını verdiyi reaksiyalarını təhlil edəcəyəm.

Markalama nəzəriyyəsi

Markalama nəzəriyyəsi (Labeling theory) ilə ən çox örtüşən yayğın əməl, etniklərə sifətlər verib, onlardan bəlli bir profil yaratmaqdır.

Bu profilləşdirmə istənilən sifəti, ortada dəlil və səbəb olmadan, hər hansı bir irq, etnik, din, və inanc mənsublarına verməklə gerçəkləşdirilir.

İranda fars olmayanlara qarşı sistemli bir markalama və profilləşdirmə prosesinin olduğunu aparıcı media orqanlarının yayınları, TV proqramları, kino filmləri, və hətta xalqın gündəlik yaşamda üzləşdiyi nümunələrlə görmək mümkündür.

Ümumiyyətlə, bu profilləşdirmə dominant etnik və kültürün dominantlığını qorumağa xidmət edər.

Əslində, Türklərin son günlərdə etdikəri etirazlar, bir anlamda da profilləşdirməyə qarşı olan etirazlardır. Çünki Türklərdən yaradılmış qabaqkı profillər, İkili Bilinc (ikili şüur) yaradaraq, onların gündəlik ictimai həyatını belə, təsir altına almışdır.

İkili Bilinc

İranda farscanı ləhcə ilə danışdığı üçün utanan bir çox fars olmayan etnik üzvləri ilə qarşılaşmaq mümkündür.

Eyni şəxslər ingiliscəni də ləhcə ilə danışarlar, amma bu dəfə o utanc hissini yaşamazlar.

W.E.B. Du Bois
W.E.B. Du Bois

Bu hiss - ikili hiss gizli bir psixoloji problemin işarətidir.

Amerikan sosioloq və filosof W.E.B. Du Bois'un "İkili Bilinc" (Double Conciouseness) əsəri bu məsələləni anlamaqda yardımçı olur.

Bu nəzəriyəyə görə, özəlliklə rasizmin yaratdığı psixi təsir altında insan özünə belə, başqa birilərinin gözü ilə baxıb, onların verdiyi ölçülərlə özünü dəyərləndirir və beləliklə, parçalanmış kimliyi psixo-sosial böhran yaşamış olur.

Azlıqlara mənsub olan insanların farca danışdıqları halda yaşadıqları hisslər, əslində hakim kültürün yaratdığı gözlüklə özlərinə baxdıqlarından qaynaqlanır.

Sosial və ictimai ədalətsizliyin olduğu toplumlarda dominant qrupa mənsub olmayanların arasında yayğın bu İkili Şüur insanlara sosiallaşma prossesində təhsil sitemi, media və sair vasitəsilə verilir.

Bu üzdən sosiallaşmanın ilkin addımlarında olan uşaqlar üçün hazırlanan verilişlərdə, irqçilik və ayrıseçkilik məzmunlu verlişlər onların həyatına daimi iz buraxa bilir.

Beləliklə də, "Fitile" proqramı, İkili Bilinc yaratma prosesinin mediada təzahürü, Azərbaycan Türklərinin etirazları isə ayrıseçkiliyə məruz qalmış bir toplumun Öz Bilinc (self Conciouseness) mövqeyindən müdafiəsi olaraq dəyərləndirilə bilər.

Rəngkoru İrqçiliyi

Rasizm problemi ilə bağlı qəribə tragik sirr vardır. Heç kim, hardasa heç kim, özünü rasist olaraq görmək istəmir; amma hələ də rasizm ciddiyət və inadla davam edir.

Albert Memmi

Son günlərdə Türklərin aksiyalarının ardınca fərqli yanaşmalar ortaya çıxdı. Bu yanaşmaların içində İran sənətkarları və elitlərinin ifadələri var idi.

Daha çox hamını bir gözlə gördüklərini, etnik fərqliliyin onlar üçün əhəmiyyət daşımadığını və beləliklə, o proqramda da hər hansı bir etnikə qarşı təhqir hiss etməkdiklərini ifadə edənlər oldu. Bəzən də bir sıraları, etnik sözünə işarə etmədən insanların bərabərliyinə inandıqlarını söylədilər.

Bu tip ifadələr zahirən müsbət ifadələr olsalar da, bir çox sosioloqun fikrincə, Rəngkoru Rasizm (Colorblind) kateqoriyası altında yer alırlar.

Çünki irq və etnik bərabərliyin olmadığı bir toplumda etnik və irq neytrallığı prinsipindən yola çıxmaq, əslində bərabərsizliyi qorumağa qalxmaqdır.

“Mən insanların cinsiyyətini deyil, insanları görürəm” ritorikası da var olan ədalətsiz status-kvonu qorumaq istəyən ritorikadan başqa bir şey deyil.

İctimai və siyasi şərait dəyişdikcə rasizmin ritorikası da dəyişir. Rəngkoru Rasizm (Colorblind Racism) adını daşıyan rasizm tipi də fərqli ictimai-siyasi şəraitin məhsuludr və daha çox Açıq Rasizmin (Overt Racism) mümkün olmadığı şəraitdə ortaya çıxır.

Bu dəfə daha hansısa etnik və ya irqin üstünlüyündən deyil, insanların bərabərliyindən danışaraq bərabərsizliyi sürdürmək istəyir.

Neytral ritorika, daha çox ictimai hərəkatların gücləndiyi mərhələdə ortaya çıxır.

Əgər rasizmə qarşı olan ictimai hərəkatların gücləndiyi vaxtda Rəngkoru Rasizminin və neytral riktorikanın ortaya çıxmasına şahid oluruqsa, feminist hərəkatın gücləndiyi toplumlarda da Cender neytral (Gender-neutral) ritorikanın cendər ədalətsizliyini qorumağa çalışdığını görə bilirik.

Bu üzdən ictimai ədalətin olmadığı bir toplumda istər “Mən, insanların eniklərini görmürəm, insanları görürəm” kimi etnik neytrallıq göstərmək istəyən rasist ifadə olsun, istərsə də “Mən insanların cinsiyyətini deyil, insanları görürəm” ritorikası olsun, var olan ədalətsiz status-kvonu qorumaq istəyən ritorikadan başqa bir şey deyil.

Eyni ritorika, "Fitile" komediya verilişi ətrafında yaranan yanaşmalarda özünü göstərmiş oldu.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG