Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Azərbaycanın Çex Respubliksaındakı səfiri ilə müsahibə


AZƏRBAYCANLI SƏFİRİN ÇEX DİLİ MƏHƏBBƏTİ

- Sizin çexcəniz çox əladır. Bu dili necə öyrəndiniz?

- Çətin oldu, amma bu dili öyrənmək xoşdur. Mənim çex dili haqqında ilk təsəvvürlərim Leon Yanaçekin rus dilində oxuduğum əsərləri, o cümlədən də “Cənab Broucekin səfəri” adlı əsəri ilə başlayıb.

Sonra mən Moskvada Beynəlxalq Əlaqələr İnstitutunda oxudum. Səhv etmirəmsə, o zaman çex dilini yalnız bu İnstitutuda öyrənmək mümkün idi. Mən Brno şəhərində beş il işlədim, bu isə çex dilini öyrənməyimdə əla bir imkan oldu.

- Bəs Çex Respublikasında necə səfir oldunuz?

- Əvvəllər mənim karyeramın hansısa dönəmində səfir olacağım haqqında o qədər də aydın təsəvvürlərim yox idi. Əlbəttə, hər bir əsgər general olmaq istədiyi kimi, hər bir diplomat da sonunda səfir olmağı arzulayır.

Mənim səfir olmaq perspektivlərim haqqında fikirlər ortaya çıxanda da mən, məhz Çex Respublikasında səfir olacağımı ağlıma gətirirdim. Mən həqiqətən də bu ölkəni, onun mədəniyyətini, tarixini, insanlarını sevirəm.

- 2007-ci ildə burada səfirliyin açılması necə oldu?

- Birinci dəfə idi ki, hər şey mənim üçün bənzərsiz idi, hər şey, hər addım… Bu da bizim üçün sürpriz oldu ki, biz Azərbaycan bayrağını səfirlikdə qaldıranda Xarici İşlər nazirinin müavini Tomas Poyar mərasimə gəldi.

Sonra nazir Karel Şvarsenberq də səfirliyə gəldi. Onun belə bir mərasimdə iştirakı çex diplomatiyasında çox az rast gəlinən bir hadisə idi. Ona görə bizim əlaqələrin qurulmasında ilk addımlar çox uğurlu olmalı idi.

- İndi Azərbaycan-Çex Respublikası əlaqələri nə yerdədir?

- Bizim ölkələrin vəziyyətini iki sözlə ifadə etmək olar: strateji müttəfiqlər. Mən bura gələndə, əlaqələrin nə yerdə olduöuna bələd idim. Evə yazmağa bir şey yox idi, desəm, daha doöru olardı.

Mən başa düşürdüm ki, qarşılıqlı səfərlərin təşkili özülüyündə ayrıca bir məqsəd ola bilməz. Amma mən başa düşürdüm ki, münasibətlərdə real nəticələr əldə etmək üçün bu səfərlər vacibdir.

Belə səfərlərdən bir neçəsini qeyd edəsi olsaq, deyə bilərəm ki, əvvəlcə bizim Xarici İşlər, Maliyyə nazirlərinin qarşılıqlı səfərləri olub.

Bu ilin fevralında baş nazir Topolanek Bakıya səfər etdi, sonra isə prezident İlham Əliyev Praqa sammitinə gəldi.

Gələn ilin oratalarında biz yeni Xarici İşlər naziri Yan Kohnutu Bakıda qarşılamağa hazırlaşırıq. Biz həmçinin dövlət başçılarının qarşılıqlı səfərlərini təşkil etməyi müzakirə edirik.

Sentyabr ayı, bizim əlaqələr üçün olduqca uğurlu oldu. İkinci Çex-Azərbaycan biznes forumunda 50-dən çox çex iş adamı iştirak etdi.

Senatın sədri Premısl Sobotka, müdafiə naziri Martin Bartak, baş nazirin müavini orada işyitak etdi. Bu səfərdə müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalandı.

İqtisadiyyat, elm və mədniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanıb. Bunlar gələcəkdə bizim əlaqələrin inkişafında əsas rolunu oynayacaq.

Əlbəttə, investisiyalara dair razılaşmanın imzalanması və bu kimi sahələrdə görülməli işlər də çoxdur. Amma hər şeyi bir gündə həll etmək mümkün deyil.

AZƏRBAYCANI ÇEXİYAYA OXŞADAN NƏDİR?

- Belə görünür, Bakı Praqa üçün getdikcə daha vacib olmağa başlayır.

- Mən heç bir şişirtmə olmadan, səmimi şəkildə deyərdim ki, Praqa da Bakı üçün əhəmiyyətli olmağa başlayır. Çünki bizim ortaq olduğumuz çox şeylər var.

- Nələr məsələn?

- Tarixdən başlsaq, bizim ölkələr eyni ildə - 1918-ci ildə müstəqil olublar. Amma bizim müstəqilliyimiz cəmi iki il çəkdi. Çexlərin müstəqilliyi isə 20 il davam etdi.

Masaryk və Benenin prezidentliyi dövründə Çexoslovakiya Qərblə Şərq arasında körpü rolunda idi. İndi isə Azərbaycan Avropanın sərhədindədir.

Çexoslovakiya Avropanın şərq sərhədi sayılırdı. İndi də bu sərhəd Azərbaycan və Cənubi Qafqazdır.

O zaman Çexoslovakiya Avropanın nəqliyyat qovşağında idi. İndi isə Azərbaycan bu qovşaqdadır.

1968-ci ildə Praqaya edilən hərbi müdaxilə 1990-cı ilin yanvarında Bakıya edildi.

Məncə, Avropaya inteqrasiya baxımından da Çex Respublikasının təcrübəsi Azərbaycan üçün son dərəcə önəmli ola bilər.

Başqa Avropa ölkələrindən fərqli olaraq, Çex Respublikası Azərbaycanla münasibətlərini enerji sahəsində əməkdaşlıqla məhdudlaşdırmır. Bizim çox intensiv əməkdaşlığımız, mədəniyyət, təhsil, hərbi sahələrdə əlaqələrimiz var. Çox gözəl siyasi dialoq qurulub. Hələ gediləsi çox uzun bir yol var, amma indinin özündə də vəziyyət kifayət qədər yaxşıdır.

AZƏRBAYCANLILAR AVROPA BIRLIYI ÖLKƏLƏRİNƏ VİZASIZ GEDƏ BİLƏR

- Bunlar rəsmi səviyyədə əlaqələrdir. Bəs, adi çexlərin Azərbaycan haqqında təsəvvürləri necədir?

- Mən bura təzə gələndə adamlar Azərbaycanı Ermənistanla münaqişə və bunun da nəticəsində qaçqın, məcburi köçkün problemləri ilə, yaxud enerji məsələlərinə görə tanıyırdılar.

Bir xeyli adam da Azərbaycanı xalçaları, kürüsü ilə tanıyırıdı. Amma ümumi təsəvvürlər təəssüf ki, məhdud, bəzən də yanlış idi.

Ərazisinin 20 faizinin işğalı, vətəndaşlarının qaçqın düşməsindən yaranan problemlər hələ davam etdiyindən Azərbaycan bu faktları başqalarına daha ucadan deməyə məcbur olur. Bunun day an təsiri kimi ölkə haqqında yanlış təsəvvürlər də formalaşır.

İndi fəxrlə deyə bilərəm ki, getdikcə daha çox çex turist kimi Azərbaycana gedir. Bizim konsulluq onlara viza verir.

- Amma qonşu Gürcüstan Avropa Birliyi ölkələrinin vətəndaşlarına vizasız səyahət imkanı verir. Oradan Azərbaycan keçmək üçün əlavə 60 avro pul lazım olur. Avropalıların Azərbaycana vizasız getməsi üçün perspektivlərperspektivlər varmı:

- Əlbəttə, tamamilə mümkündür. Xarici İşlər naziri Elmar Məmmədyarov Praqaya gələndə geniş müzakirə olunan məsələlərdən biri də vizasız gediş-gəliş imkanları idi. Biz də bunu istəyirik. Amma bu, qarşılıqlı olmalıdır. Amma heç olmasa, bu istiqamətdə müzakirələr başlayıb. Mən bilirəm ki, Brüsseldə "Troyka" da bunu müzakirə edir. Müzakirənin nə qədər fəal olması haqqında məlumatım yoxdur, amma məsələnin gündəlikdə olduğunu deyə bilərəm.

“DANABAŞ KƏNDININ ƏHAVALATLARI” ÇEX DİLİNDƏ

- Siz Azərbaycanı tanıtmaq üçün hansı işləri görürsünüz?

- Hərəkət etməsən, yalnız ofisindəcə oturub ölkəni necə təbliğ etməkdən danışsan, heç nə dəyişməyəcək. Bu baxımdan çex dilini təmiz bildiyim üçün mənim üstünlüklərim var. Dili bilməyim mənim rəsmilərdən tutumuş adi vətəndaşlara qədər hamı ilə ünsiyyət yaratmağıma imkan verir.

Başqa tərəfdən də mən bunu mədəni tədbirlər vasitəsilə etməyə çalışıram. Artıq biz həm Praqada, həm də brunoda üç belə tədbir keçirmişik. Səfirliyin açılmasından dərhal sonra Azərbaycan cazı gecəsi və Azərbaycanın pop və floklor ustalarının iki konsertini təşkil etmişik.

Noyabrın 26-da isə Sovet ittifaqının dağılmasından sonra çəkilən ilk tarixi filmlərimizdən birinin nümayişi olacaq.

Çexlərin yumora həddən artıq dəyər verdiklərini nəzərə alıb Azərbaycanın bu istiqamətdə sənət əsərlərinin çex dilinə tərcümə edilməsinə başlamışıq. Artıq iki kitabı çap etmişik.

- Hansı kitabları?

- Onlardan biri Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhavalatları” əsərəidir. Ondan sonra biz Azərbaycanın tanınmış yazıçısı və aliimi Mir Cəlal Paşayevin əsələridir.

Hazırda üçüncü kitab üzərində işləyirik. O da Rusiya jurnalistinin Azərbaycana səfərindən sonra yazdığı bir kitabdır. Azərbaycan səfər etmək istəyən hər kəs üçün bu kitab maraqlı ola bilər. Orada ölkənin təbiəti, iqtisadiyyatı, mətbəxi, milli ənənələri haqqında məlumat verilir. Siyasətdən uzaq bir kitabdır. İnşallah, fevral, mart aylarına hazır olacaq.

SƏFİR DEMOKRATİYANIN DƏRDLƏRİNİ BÜROKRATLARIN BOYNUNA QOYUR

- Siz bayaq Azərbaycanla Çex Respublikası haqqında oxşarlıqlardan danışdınız. Gəlin, hələlik Azərbaycanın üzərində işləməli olduğu fərqlərdən də danışaq. Çex Respublikası Polşa və Isveçlə birlikdə Azərbaycan üçün vacib olan Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarıdır. Bu proqramda nəzərədə tutulan məsələlərdən biri də demokratiya və səmərəli idarəetmədir. Azərbaycanın bu sahədə vəziyyətini necə dəyərləndiririsiniz?

- Əgər desəm ki, bu sahədə Azərbaycanın vəziyyəti yetərlidir, biz çox ciddi uğurlar əldə etmişik, onda sovet dövründən gəlmiş bir adam təsiri bağışalayardım.

Demokratiya elə bir şeydir ki, həmişə onun inkişaf etdirilməsinə ehtiyac var. Demək olar bütün ölkələrdə, o cümlədən də Azərbaycanda demokratiya ilə bağlı məsələlər var.

Özümüzü yüz illərlə demokratiya təcrübəsi olan Britaniya, ABŞ kimi ölkələrlə müqayisə etsək, əlbəttə, bizim təcrübəmiz onlardan çox azdır.

Bizim 1918-ci ildə cəmi iki illik demokratik idarəetmə təcürəbmiz oldu. Ondan sonrakı 70 ili qəddar bir rejimdə yaşadıq. Ona görə də hər şeyin bir gecədə baş verəcəyini gözləmək reallığa uyğun olmazdı.

Biz demokratik inkişaf üçün mümkün olan hər şeyi edirik. Mən inkişafa ehtiyac olan məsələlər var deyəndə ölkənin rəhbərliyindən asılı olan məsələləri nzəzərdə tutmurdum.

Adətən orta səviyyəli bürokratlar problem yaradırlar. Icazə verin, onları da bir qədər başqa səbəblə izah edim. Məncə, bizdə düşüncələrdə inqilaba nail olmalıyıq.

- Yəni necə?

- Əlbəttə, hər bir prosesdə çatışmazlıqlar ola bilər. Azərbaycandakı son seçkiləri götürsək, xarici müşahidəçilər də xüsusilə son iki seçkidə nəzərə çarpan irəliləyişlər olduğunu qeyd etdilər. Bu da onu göstəririr ki, biz düzgün istiqamətdə hərəkət edirik.

Bizdə artıq hamı bilir ki, hər bir səs əhəmiyyətlidir, artıq bu mərhələ keçilib. Bu inqilabın birinci mərhələsi başa çatıb.

İkinci mərhələ demokratik istiqamətdə proseslərdə fərdlərin rolunu hər kəsin başa düşməsidir.

Mən bəzi sərt xətt tərəfdarı orta səviyyəli məmurların demokratik proseslərə bəzi maneələr yaratdıqlarını inkar etmirəm.

AZƏRBAYCAN “FREEDOM HOUSE”U NECƏ YAŞADIR?

- “Freddom house” öz illik hesabatlarında Sizin ölkənizi azad olmayan dövlətlər sırasında qeyd edir. Təəssüf ki, çox sayda xarici ekspert ölkənizin bu məsələdə doğru iqtiqamətdə inkişaf etmədiyini deyir. Siz də bildirdiniz ki, ölkə rəhbərliyi deyirsiniz ki, ölkə rəhbərliyi demokratik inkişafa çalışır. Onda bu sahədə problemlərin səbəbi nədir?

Mən ABŞ-da olanda mənim təkcə Freedom House, Jurnalistləri müdafiə Komitəsi ilə deyil, başqaları ilə yaxşı əlaqələrim var idi. Tamamilə səmimi deyirəm ki, hətta, bu cür tənqidlərə bəzi əsaslar olsa belə, təəssüf ki, bu cür qruplar öz mövcudluqlarını bu cür hallar üzərində saxlayırlar.

Əgər tənqid etməyə ölkə qalmasa, bu təşkilatlar necə yaşaycaqlar? Dünyada bütün dövlətlərin demokratiyası əla vəziyyətdə olsa, Freedom House nə edəcək? Bununla belə, mən demək istəmirəm ki, Azərbaycan həmin tənqilərə layiqdir.

Məsələn, gəlin, AzadliqRadiosunun məsələsini götürək. İkiüzlülülyün də həddi olmalıdır.

Biz bu qanunvericiliyi hazırlayanda Venesiya Komissiyasından tutmuş, Avropa Şurasına qədər hamı deyirdi ki, əla qanundur, bu, çoxdan edilməli idi.

Qanunun ilk mərhələsini icra edib İranın, Rusiyanın kanallarının yayımını dayandıranda hamı bunu alqışladı.

Amma qanunu BBC-yə, AzadliqRadiosuna tətbiq edəndə niyə hamı deyir, yox, bu, yaxşı iş deyil, gərək qanun dəyişdirilsin. Niyə? Hər kəsə eyni gözlə baxılmalıdır.

ŞƏRQ TƏFƏKKÜRÜNÜN MİRASLARI NƏYƏ MANE OLUR?

- Siz beynəlxalq təşkilatlara inanmasanız da ölkədə təkcə insane haqları fəallarının deyil, bəzən Avropa rəsmilərinin də fəaliyyəti əngəllənir. Demokratiyanın ən çətin vəziyyətə düşmüş sahələrindən biri də söz azadlığıdır. Azərbaycanda müstəqil journalist olmaq elə də asan məsələ deyil. Mən çox sayda misllar gətirə bilərəm, eynulla Fətullayev, Qənimət Zahid kimi jurnalisrlərin yalnız hakimiyyəti tənqid etdikləri üçün həbsə atıldıqlarına inanılır. Azərbaycanda jurnalistlərin vəziyyətinin yaxşılacağına dair bir fakir deyə bilərsinizmi?

- Məncə, Azərbaycanda şərq təfəkküründən irəli gələn bəzi miraslar var. ABŞ-da sən siyasi rəqibini korrupsiyada ittiham edə, sonra da onula əl verib görüşə bilərsən.

Azərbaycanda isə bu mümkün deyil. Sən biri haqqında bir ittiham deyibsənsə, onunla yaxşı münasibətin mümkün deyil.

Təəssüf ki, bu vəziyyət görünür, Azərbaycanda hələ daha çox problemlər çıxaracaq.

Tərəflərin üzərində birgə işləməli olduqları məsələlərdən biri də seçki ilə bağlıdır. Bizdə seçki başlamamış partiyalar deyirlər ki, yox, biz orada iştirak etməyəcəyik, çünki bizi aldadırlar.

Hələ sən bir prosesdə iştiak elə, sonra deyə bilərsən ki, bərabər şərait var idi, ya yox, dövlət imkanlarından istifadə edilmişdi yoxsa, yox.

Bu məsələdə həqiqətən də mən inanıram ki, biz hamımız ölkəmizin daha yaxşı gələcəyi haqqında düşünürük.

SƏFİR TƏNQİDLƏRİN TÜNDLƏŞDİYİNİ BİLİR

- Son aylar Azərbaycan həbs olunmuş bloqerlər Emin Milli və Adnan Hacızadəyə görə Avropadan çox tənqid olunur. Hətta, Çex respublikasının keçmiş prezidenti Vaslav Havel onların həbs olunmasına görə Bakını qınadı. Praqadakı səfir kimi bu narahatlıqları bölüşürsünüzümü?

- Səfir olmazdan əvvəl mətbuat xidmətinin rəhbəri kimi də mən bu məsələlərlə çox yaxından işləmişəm. Amma, hətta, mən məşğul olmasaydım belə, hər bir vətəndaş gərək bu işlərdən narahat olsun.

- Nədən narahat olsun, bloqqerlərin həbsindən, yoxsa, tənqidlərdən?

- Hər ikisindən də. Tənqid hansısa hadisədən yaranır. Məncə, biz hamımız bir yerdə işləməliyik, bir-birimizin əleyhinə yox. Siyasi rəqabət qəbul olunmuş qaydalardan və bəlli standartlardan kənara çıxamamalıdır. Bu, çox ziddiyyətli vəziyyətdir, tənqid yaradan bəzi halların sayı azalır, amma tənqidlərin özü getdikcə kəskin, şiddətli olur.

Biz təkcə vədlər vermirik, həm də onlara uyğun yaşamağa çalışırıq. Ümumi tendensiya budur. Çatışmazlıqlar da açıq-şakardır. Amma əgər sən stəkana yarıya qədər su töksən ona “stəkan yarıya qədər doludur” da deyə bilərsən, “stəkar yarıya qədər boşdur” da. Biz də yarıya qədər, bəlkə bir az da ondan yuxarıya qədər haqlıyıq.

XS
SM
MD
LG