Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:03

WikiLealksin açıqladığı məxfi sənəd: İlham Əliyevin xarici və daxili siyasəti haqda ABŞ səfirliyinin depeşası


MƏXFİ SEKSİYA 01/04 BAKI

MÖVZU: PREZİDENT ƏLİYEV – XARİCDƏ MİCHAEL (CARLEONE), DAXİLDƏ SONNY

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

GİRİŞ: 1. Azərbaycan prezidenti İlham Əliyevin xarici və daxili siyasətləri bir-birindən kəskin şəkildə fərqlənir. O, xaricdə Qərblə inteqrasiyaya yönələn praqmatizm və təkəbbür nümayiş etdirdiyi halda, ölkə daxilində onun siyasəti getdikcə daha avtoriratar və siyasi düşüncə müxtəlifliyinə qarşı düşmən xarakteri alır. Bəzi müşahidəçilər İlham Əliyevi “Xaç atası” filminin qəhrəmanları ilə müqayisə edərək onun həm Michael, həm də Sonny Carleone qardaşlarının keyfiyyətlərinin özündə birləşdirməsini qeyd edirlər. İlham Əliyevin fərqli siyasəti ABŞı mürəkkəb seçim qarşısında qoyur, Azərbaycanla münasibətlərini hansı prinsiplər üzərində qursun: ABŞ-ın maraqları, yoxsa ABŞ dəyərləri.

2. İlham Əliyev haqda belə dəqiq müşahidəni keçmiş XXXXXX vəzifəsini tutan XXXXXX dilə gətirib. Azərbaycan hökumətinin YouTube”dakı “uzunqulaq videosu” (İstinad A.) ilə bağlı kəskin reaksiyasını şərh edən XXXXXX attaşe ilə söhbətində deyib ki, siz başa düşməlisiz ki, İlham Əliyev “Micahel Carleone deyil, Sonnydir”. XXXX-in dilə gətirdiyi “Xaç atası” analogiyası bəzilərinin fikrincə ancaq İlham Əliyevlə bağlı deyil, onun atası Heydər ilə bağlı da uğurlu müqayisə sayıla bilər. Çünki onu Azərbaycanın “Vito Carleone”si hesab etmək olar. Bu analogiyaya əsaslanan aşağıdakı depeşada İlham Əliyev kimdir, onun nəyi necə və niyə etməsi suallarına cavab verməyə cəhd göstərilir. XXXXX gətirdiyi analogiyadan başqa, John Hulsman və A. Wess Mitchelin “The Godfather Doctien” (2008) kitabından müdəalardan da istifadə olunur.


SÖHBƏT MƏNİM AİLƏMDƏN GEDİR, KAY, SÖHBƏT MƏNDƏN GETMİR

3. İlham Əliyevə yenicə müstəqillik əldə edən post-sovet ölkəsi atası Heydər Əliyevdən miras qalmışdı. Təbii sərvətlərlə zəngin olan ölkə Dağlıq Qarabağ uğrunda Ermənistanla aparılan və ətraf 7 rayon da daxil olmaqla anklavın işğalı ilə nəticələnən fəlakətli müharibədən sonra yaralı bir vəziyyətdə idi. İ.Əliyev 2003-cü ildə atasının ölümündən sonra, rəqabət və debatlarsız keçirilən seçkilər nəticəsində prezident oldu. Bu elə bir vaxt idi ki, Azərbaycanın yeni yataqlarının istismarından əldə olunan neft və qaz artıq ixrac üçün hazır vəziyyətdə idi. Gəncliyini (o zaman 41 yaşı var idi), təcrübəsizliyini və “Play-boy” (Qayğısız gənc) imicini nəzərə alaraq onun liderlik bacarığına çoxları şübhə ilə yanaşırdı. Lakin onun nəzərləri yenicə işə düşən gündə bir milyon barrel daşımağı vəd edən neft kəmərində idi. Buradan Bakıdakı rəsmi və qeyri-rəsmi ciblərə axan pullar ölkənin maliyyə fəqərəsini təşkil edirdi.

4. Əsasən atasının admisnitrasiyasının üzvlərindən ibarət olan ətrafı ilə birlikdə preizdentə indi sabitlik və müəyyənlik lazım idi ki, ictimai və şəxsi sərvətlərini qoruyub saxlaya bilsin. 2008-ci ildə İlham Əliyevin mütləq səs çoxluğu ilə yenidən prezident seçilməsinin ardınca, 2009-cu ilin martında tələsik çağırılan referendum keçirildi və bir sıra məsələlər arasında prezidentlik müddəti ilə bağlı məhdudiyyət də ləğv edildi. Ötən illər ərzində Əliyevin qurduğu hökumət üzvləri arasında çox az dəyişiklik olub. Hakimiyyətdə qalan və ya sonradan komandaya daxil edilən “islahatçıları” barmaqla saymaq olar. Baş nazir vəsifəsi simvolik və əhəmiyyətsiz bir qurumdur. Ailə və sülalə münasibətləri, məharətlə qurulmuş himayədarlıq və proteksionizm şəbəkəsi və müxalifətə qarşı güclü təzyiqlər bəzi dairələrdə Əliyev administrasiyası haqda “mütəşəkkil cinayət qrupu” fikri formalaşdırıb, bəzi şərhçilər isə hərdən İlham Əliyevi mafiozi rolunda görürlər.

DÜŞMƏNLƏRİNƏ HEÇ VAXT NİFRƏT BƏSLƏMƏ, BU HİSSLƏR SƏNİN DÜŞÜNMƏK QABİLİYYƏTİNİ ZƏİFLƏDİR


5. “The Godfather Doctrine” (“Xaç atası doktrinası”) kitabının müəllifləri Hulsman və Mitchell ABŞ xarici siyasətində 3 müxtəlif doktrina haqda yazır və əyanilik kimi “Xaç atası” filminin qəhrəmanları, Sonny (Sonni) və Michael (Maykl) qardaşlarının obrazlarından istifadə edirlər (3-cü doktrinaya mafia-məsləhətçisi Tom Hagen (Tom Heyqen) misal gətirilir). Onların nəzəri müddəaları İlham Əliyevin xarici və daxili siyasətini müqayisə edəndə olduqca yerinə düşür. Məsələn onlar yazırlar ki, Michael alyanslar qurmağa meyli, öz hakimiyyətinin hüdudlarını tanıyan, ən vacibi isə bizneslə şəxsi münasibətləri ayıra bilən bir adamdır. Onun əksinə olaraq, Sonny çılğın və impulsivdir, Carleone ailəsini təhqir edənlərə kortəbii gücünü göstərir. O biznesi şəxsi işi kimi qəbul edir. Və nəhayət, Sonny aşkar əlamətləri görünən həqiqətləri belə görməkdən imtina edir, Carleone ailəsinin New Yorkdakı ağalığının nə vaxtsa sonu catacağı fikri ilə barışmaq istəmir.


“BU BİZNESDİR, ŞƏXSİ QƏBUL ELƏMƏ” – BALANSLI XARİCİ SİYASƏT

6. Prezident Əliyev atasından qalan praqmatik və ağıllı xarici siyasət xəttini davam etdirdi. Əsas məqsəd Azərbaycanın müstəqilliyinin qorunub inkişaf etdirilməsidir. Eyni zamanda o, NATO və digər Avro-Atlantik təhlükəsizlik və siyasi qurumlara cəlb olunmaqdan çəkinmir, Azərbaycanın qaz və neftinin Rusiyadan yan keçməklə Qərb ölkələrinə ixrac olunması siyasətini yürüdür. Özünü bəzən laqeyd, bəzənsə dikbaş aparmaqla o, Rusiya və İran kimi güclü qonşularının qıcıqlanmasına səbəb yaradır. Məsələn, Azərbaycan bir tərəfdən tez-tez Rusiyanı Erminstanı silahlandırmaqda ittiham edir, nümayişkaranə şəkildə Kollektiv Təhlükəsizlik Şurasından kənar durararq GUAMa daxil olur, digər tərəfdən isə Əliyev daim prezident Medvedyevlə münasibətlərini vurğulayaraq tez-tez onunla görüşür, enerji əməkdaşlığından danışır, bəzən işə Gazpromala kiçik, lakin vacib müqavilə bağlayır. O, Azərbaycanın müstəqil siyasət yürütməsini diqqətə çatdırmaq üçün kifayət qədər dikbaş olsa da, kifayət qədər təmkinli davranmağı da bacarır və məsələn, Moskvanın Saakaşvili ilə bağlı tutduğu qara siyahıya adının düşməsindən ehtiyyat etməyə bilər.

7. Beləliklə, Əliyev xarici siyasətdə bizneslə şəxsi işi ayrı tutmağa nail olub. Ermənistanın işğal etdiyi ərazilərin zor gücünə azad edilməsinin legitimliyi haqda bəyanatlarına baxmayaraq, Əliyev Minsk qrupunun təklif etdiyi baza prinsipləri ətrafındakı işlə bağlı konstruktiv mövqe nümayiş etdirib və daxil olan məlumatlara əsasən, prezident Sərkisyanla yaxşı münasibətlər qura bilib. Halbuki, tərəflərin xarici işlər nazirləri səviyyəsindəkı münasibətləri daha çox qarşıdurma məzmunu daşıyıb. Həmçinin Türkiyə-Ermənistan yaxınlaşması zamanı, baxmayaraq ki, Əliyev protokolların Qarabağ razılaşmasından qabaq imzalanmasına qəzəbləndi, amma SOCAR göstəriş verdi ki, Türkiyə ilə qaz tranziti danışıqlarını davam etdirsin və Bakıda heç kim cürət edib BTC xətti ilə ixrac olunan neftin dayandırılması haqda danışa da bilməzdi. Qaz tranziti ilə bağlı danışıqlar nə qədər çətin olsa da, çox güman Əliyev başa düşdü ki, Türkiyə ilə münasibətləri tam poza bilməz. Tezliklə məlum oldu ki, o Türkiyə-Ermənistan yaxınlaşmasını pozmaq, bunun üçün Türkiyə ilə münasibətlərə son qoymaq fikrində deyil.

"BİR DƏ MƏNİM BACIMA TOXUNSAN, SƏNİ ÖLDÜRƏRƏM "

8. Əliyevin xarici siyasətinə təsir edən təmkinli addımlarla müqayisədə onun daxili siyasəti tamamilə fərqlidir. Əliyev və ətrafı onun və ailənin hakimiyyətinə qarşı olan ən azsaylı qrupları belə təhqir kimi qəbul edir və elə reaksiya (və ya şişirdilmiş reaksiya) verir ki, bütün bunlar ölkənin demokratiya, Qərblə alyans qurmaq istiqamətindəki inkişafa xələl gətirir. Ən yeni nümunə kimi gənc bloqqerlər Emin Milli və Adnan Hacızadəyə qarşı olan kobud münasibətdi göstərmək olar (İstinad A). Ondan əvvəl isə Əliyev xarici radioların yayım hüququndan məhrum edilməsi haqda qərarı müdafiə edərkən qəzəblə bildirmişdi ki, AzadlıqRadiosu onun Bakı limanında dünyanın ən hündür bayrağını tikmək planlarını tənqid edib. (İstinad C.)

9. Məhz belə hadisələri nəzərdə tutan XXXXXXX attaşeyə Sonny və Michaelə bağlı bənzətməsini demişdi. Həmin söhbətində XXXXXX öz fikirlərinin təsdiqi kimi XXXXX vəzifəsində işləyərkən buna bənzər hadisəni xatırlayaraq, “Heydər heç vaxt özünü belə yersiz vəziyyətə salmağa imkan verməzdi” - demişdi. (Qeyd: XXXXX-in xatirələri bir qədər pərakəndə olsa da, onun məntiqində belə bir həqiqət var ki, əvvəlki prezidentin vaxtında daha geniş fikir müxtəlifliyinə yer verilirdi və bunun təsdiqi kimi jurnaslitlərin 90-cı illəri tez-tez həsrətlə xatırlamaqlarını misal gətirmək olar. Qeydin sonu.) XXXXX hesab edir ki, belə məsələlərdə İlham Əliyev eyni incəliklərə varmaq və düşünülmüş addımlar atmağa meylli deyil.

MƏNDƏ BELƏ HİSS YOXDUR Kİ, KİM GƏLDİ YOLUMDAN KƏNARLAŞDIRIRAM. ANCAQ DÜŞMƏNLƏRİMİ

10. Əliyev onun siyasi hakimiyyətinə olan ən xırda təhlükəyə qarşı belə tədbir görür. Onun məqsədi hər şeydən göründüyü kimi, Əliyev sülaləsinin hegemonluğunu təmin edən siyasi mühit yaratmaqdır. 2009-cu ilin martında prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan götürülməsi üçün tələsik keçirilən referendum bunu nümayiş etdirdi. Bununla prezidentlik iddiasına düşən istənilən namizədin, o cümlədən onun həyat yoldaşının (Azərbaycan siyasətində onun Əliyevlərə deyil, rəqib Paşayevlər ailəsinə məxsus olduğu haqda fikir var) ümudlərinə son qoyuldu.

11.Xarici siyasətdə həssaslıq nümayiş etdirən, bahalı kostyumları və təmiz ingilis nitqi ilə özünü xarici qonaqlara kosmopolit kimi tanıtdırmağa çalışan Əliyevin daxili siyasətində xoşagəlməz reallıqlar mövcuddur. Bu zaman belə bir təbii sual doğur ki, bu təzadları mümkün edən nədir. İzahlardan biri budur ki, Əliyev ölkə daxilində özünü sərbəst hiss etmir və atasının administrasıyasından ona qalan və köhnə sovet idarəçiliyini təmsil edən siyasi fiqurların məsləhətlərinə inanır. Onlardan biri preziden administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Digər aıternativ isə odur ki, Əliyevin daxildəki addımları onun öz seçimi olub, Mehdiyev və digər “ağır” oyunçularla birgə atılır.

12. Hərdən özünə güvənən Əliyevin zəhmli imici arxasında daxili siyasətdəki mülayimlik ştrixlərini də görmək olur. Xaricdən olan təzyiqlər heç də həmişə nəticəsiz qalmır. Müsbət nümunə kimi bu yaxınlarda onun parlamentin təklif etdiyi Rusiyada mövcud olan QHT-lər haqqında qanun layihəsinin rədd edilməsini göstərmək olar. Dövlətin dəstəklədiyi QHT-lər də daxil olmaqla yerli təşkilatların kəskin etirazı ilə qarşılaşan Prezident administrasiyası işə müdaxilə edib bu qanun layihəsinin qəbul olunmasının qarşısını aldı. (İstinad D.) Bundan başqa, bu yaxınlarda prezident parlamentin təklif etdiyi daha bir qərarı rədd etdi. Təklifə əsasən, xarici qurumlar mütləq şəkildə rəhbər müavini vəzifəsinə Azərbaycan vətəndaşı təyin etməli idilər. İşgüzar dairələr bu təklifin qəti əleyhinə çıxış edirdilər.(İstinad E.). Həmçinin bu ilin əvvəllərində hökümət siyasi motivlərlə həbs ediliyi çoxlarında şübhə doğurmayan məşhur jurnalisti həbsxandan azad etdi.

DOSTLARINI YAXIN SAXLA, DÜŞMƏNLƏRİNİ – ONLARDAN DA YAXINA BURAX.

13. Aydınıdr ki, Azərbaycanın gələcək inkişafının ABŞ siyasətinə daha münasib olan varinatı nə qədər kamil olmasa belə İlham Əliyevin xarici siyasətdə istifadə etdiyi metodların daxili siyasətdə də tətbiq edilməsi olardı. Tam demokratik münasibətlərin qurulması ağlabatan deyil, bu regionda öz vəzifəsindən könüllü şəkildə imtina edən prezidentlərin siyashısı çox kiçikdir. Arzu olunan və heç də mümkünsüz olmayan variant odur ki, Əliyev alyans rəhbəri kimi fəaliyyət göstərərək müxtəlif fikirlərə siyasi arena versin. Özündə hər hansı tənqidi fikri istədiyi kimi boğmaq hisslərini boğaraq, burada baş verənlərdən milli maraqlara zidd olan addımlara qarşı nəzarət sistemi kimi istifadə etsin. Belə bir təkamül, azından Azərbaycanın nəvaxtsa çatacaq post-Əliyev dövrünə hazırlığının ən yaxşı varinatı ola bilərdi.

14. Şərhin davamı: “Xaç atası” ilə aparılan müqayisələr aşağıdakı hallarda yerinə düşmür. Azərbaycanda ailəyə sadiq olan konselyero (müşavir, mafia məsləhtəçisi) rolunu uzun illərdi Prezident admisnitrasiyasına başçılıq edən Ramiz Mehdiyev oynayır. Ramiz Mehdiyev (filmdəki) Tom Hagen (Tom Heyqen) kimi sakit və təkəbbürlü deyil. Bizə məlum deyil ki, prezident İlham Əliyev daxildəki kəskin tədbirlər haqda özü şəxsən göstəriş verir, yoxsa sadəcə bu addımları baş verındən əvvəlmi, ya sonramı təsdiq edir. Lakin Ramiz Mehdiyevin barmaq izlərini hər yerdə görmək olur, istər jurnaslitlərin həbsi olsun, istər müxalifət liderlərinə təzyiqlər, məscidlərin bağlanması, mediayay məhdudiyyətlərin qoyulması və ümumiyyətlə hökumətin dəmir nizam-intizam yaratmaq cəhdlərində. Omu idarə edir, yoxsa onu idarə edirlər? Onun 71 yaşını və zəif görünən səhhətini nəzərə alsaq bu suala cavabın çox böyük əhəmiyyəti var. 47 yaşlı İlham Əliyev hələ onilliklərlə işinə davam edə bilər, amma çox güman ki, özünün konselyerosu olmadan. Məlum deyil ki, Mehdiyevsiz qalan İlham Əliyevin hakimiyyətdən eyni dərəcədə möhkəm qalmaq üçün kimin köməyinə müraciət edəcək.

15. “DON CARLEONE, MƏNİM İMKANLI DOSTLARI OLAN ADAMA EHTİYACIM VAR. SƏNİN QƏPİK-QURUŞ KİMİ ÇİBİNDƏ GƏZDİRDİYİN BÜTÜN BU SİYASƏTÇİILƏR MƏNƏ LAZIMDIR ”
XS
SM
MD
LG