Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:02

Gülər Əhmədova məhkum olaraq qalacaq


Gülər Əhmədova
Gülər Əhmədova

►Keçmiş deputat məhkəməyə gəlmədi...

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın şikayətinə baxıldı.

Sabiq deputat üzərindəki cəzanın ləğvini, həmçinin məhkumluğun götürülməsini istəyirdi.

Bu iş üzrə apellyasiya məhkəməsində ilk iclas yanvarın 19-na təyin olunmuşdu.

O vaxtdan bəri hər dəfə Gülər Əhmədovanın özünün iştirak etməməsi səbəbindən məhkəmə prosesi təxirə salınırdı.

Gülər Əhmədova yenə də məhkəməyə gəlməmişdi. Eyni zamanda, vəkili də onun iştirakı olmadan şikayətinə baxılmasını istəmirdi.

Fevralın 16-da keçirilən məhkəmə iclasında hakim Faiq Qasımov Gülər Əhmədovanın prosesdə iştirakı ilə əlaqədar fasilə elan etsə də, keçmiş deputat gəlib çıxmadı.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bu səbəbdən apellyasiya şikayətinə onun iştirakı olmadan baxıldı. Şikayət təmin olunmadı.

Gülər Əhmədova Bakı Apellyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə ona verilmiş şərti məhkumetmə cəzasının ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə onun iddiasını təmin etməyib. Qərardan narazı qalan Gülər Əhmədova apellyasiya şikayəti verib.

Xatıqladaq ki, Gülər Əhmədova lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin yaydığı videodan sonra 2013-cü ilin fevralında həbs olunub.

Keçmiş deputat Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə üç il azadlıqdan məhrum edilmiş, sonradan apellyasiya məhkəməsi həmin cəzanı şərti hesab edərək, onu məhkəmə zalından azadlığa buraxmışdı.

Buna da bax...

​_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

XS
SM
MD
LG