Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:09

Səudiyyə: "Almaniyada 200 məscid tikək"


Arxiv fotosu
Arxiv fotosu

-

Səudiyyə Ərəbistanı Almaniyada Suriyadan olan qaçqınlar üçün 200 məscid tikməyi təklif edib. Bunu Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti yazıb.

Səudiyyə Ərəbistanı miqrantlar üçün islama qulluq etməyə şərait yaratmağı özünə mənəvi borc hesab etdiyini bildirir. Səudiyyə Ərəbistanı məscid tikintisini Almaniya höküməti ilə əlaqələndirəcəyinə də söz verir.

Eyni vaxtda həmin Səudiyyə Ərəbistanı Suriyadan olan qaçqınlara iş icazəsi verməyi 2011-ci ildə dayandırıb. 2014-cü ildə Səudiyyə Ərəbistanı cəmi 561 qaçqın qəbul edib və cəmi 100 qaçqına sığınacaq verib.

BMT-nin məlumatına görə, bu ilin əvvəlində Avropa Birliyi ölkələrinə 378 min qaçqın gəlib.

XS
SM
MD
LG