Jurnalist Təhminə Tağızadə sərbəst buraxılıb.
Jurnalistin AzadlıqRadiosuna dediyinə görə, məsələyə Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev müdaxilə edib:
«Dedilər ki, məsələ artıq həll olundu. Rəsmi cavab istəyirsənsə, onda işi verəcəyik məhkəməyə. Yekun cavabı sizə məhkəmə verər. Bu, mənə qarşı aşıq-aşkar təzyiqdir».
Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev isə AzadlıqRadiosuna deyib ki, polislər jurnalistlə bələdiyyə üzvləri arasında mübahisəyə müdaxilə ediblər:
«Jurnalist ANS televiziyasından olduğunu bildirib, üstündə də sənəd olmayıb. Bələdiyyə üzvləri də telekanala zəng ediblər, ordan deyilib ki, belə müxbirimiz yoxdur. Araşdırma üçün o, polis bölməsinə aparılıb. Tapşırmışam ki, məsələni araşdırsınlar. Sonra bizim polislər onu tanıyıblar. O, əvvəllər ANS televiziyasında işləyib».
Jurnalist isə ərazidə çəkiliş apararkən heç kimlə mübahisə etmədiyini deyir.
GƏNCƏDƏ MÜSTƏQİL JURNALİST SAXLANIB
Gəncə Media Mərkəzinin və ANS-in keçmiş müxbiri Təhminə Tağızadəni polis saxlayıb.
Jurnalistin AzadlıqRadiosuna dediyinə görə, o, Gəncədəki 6 saylı məktəbin yanında yolun genişləndirilməsi ilə əlaqədar evləri sökülən sakinlərlə söhbət edərkən saxlanıb.
Jurnalist kompyuterinin mülkigeyimli şəxslər tərəfindən alındığını və Nizami rayon polis şöbəsinə aparıldığını deyir.
Təhminə Tağızadə ona bələdçilik edən Elşən adlı gəncin də saxlandığını deyir.
Müstəqil jurnalist kimi fəaliyyət göstərən Təhminə Tağızadə deyir ki, Cavad Xanın dəftərxanasının sökülməsi barədə videonu sosial şəbəkələrdə paylaşdıqdan sonra ona qarşı təzyiqlər başlayıb.
Gəncə şəhər Polis İdarəsindən AzadlıqRadiosuna məsələni araşdırıb məlumat verəcəklərini bildiriblər.
Cavad Xanın dəftərxanasının sökülməsi