Bu günki AzadlıqLive-da:
Qarabağ probleminin həllində fəallaşan Rusiya Azərbaycana nə təklif edir? Ehtimallar, proqnozlar...
Rusiya Azərbaycanı silahlandırmaqda davam edəcək
Rusiya, müqaviləyə uyğun olaraq, strateji tərəfdaşı olan Azərbaycana silah göndərməkdə davam edəcək.
İTAR-TASS-ın məlumatına görə, Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitry Rogozin belə deyib.
İlham Rəhimov: 5 rayonun qaytarılması Azərbaycan üçün tələdir
Moskvada yaşayan tanınmış iş adamı, professor İlham Rəhimov deyib ki, 5 rayonun qaytarılması Azərbaycan üçün tələdir. 5 rayonu alandan sonra digər 2 rayonu almaq problem olacaq. Ona görə çalışmaq lazımdır ki, əvvəl Azərbaycan daxilində Dağlıq Qarabağın statusu müəyyən olunsun. (Minval.az)
Putin Təhlükəsizlik Şurasında Qarabağı müzakirə edib
Rusiya prezidenti Vladimir Putin aprelin 8-də Təhlükəsizlik Şurasının operativ yığıncağını keçirib, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.TASS-ın məlumatına görə, bunu prezidentin sözçüsü Peskov bildirib.