Keçid linkləri

2024, 28 Aprel, bazar, Bakı vaxtı 19:56

Rusiya boyunca Mərkəzi Asiya miqrantlarına qarşı zorakılıqlar qeydə alınır


Qırğız miqrantlar Moskvada (Arxiv fotosu)
Qırğız miqrantlar Moskvada (Arxiv fotosu)

Rusiyada matəm gününün davam etdiyi bir vaxtda ölkənin müxtəlif yerlərində, belə görünür, Mərkəzi Asiya miqrantlarını hədəfləyən ksenofobiya insidentləri baş verir.

Moskva ətrafındakı konsert kompleksinə azı 137 nəfərin həyatına son qoymuş terror hücumunda Tacikistan vətəndaşlarının ittiham edildikləri xəbər verilib.

Bununla bağlı Tacikistanın prezidenti Emomali Rahmon martın 24-də prezident Vladimir Putinlə söhbətində deyib ki, “terrorçuların nə milliyyəti, nə vətəni, nə də dini olur”.

Tacikistanın Moskvadakı səfirliyi Rusiyadakı Tacikistan vətəndaşlarına evlərindən çıxmamalarına dair xəbərdarlıq edib.

Səfirlik vurğulayır ki, Tacikistan vətəndaşları qisas insidentlərinin qurbanı ola bilərlər.

Rusiya hakimiyyət orqanları bu hücumla bağlı 11 nəfəri saxlayıb. Bunlardan dörd nəfərinin Crocus konsert zalına bilavasitə hücum etmiş silahlılar olduqları iddia edilir.

Onların hamısı xarici vətəndaşlardır. Adları çəkilməyən rəsmilər və Rusiya təhlükəsizlik xidmətlərinə bağlı olduqları düşünülən teleqram kanalları bildirirlər ki, hücum edənlər ya Tacikistan vətəndaşları, ya da əslən tacik olan Rusiya vətəndaşlarıdır.

Sözü gedən hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti radikal qruplaşması götürüb.

Miqrantlara hücumlar

Rusiyanın Uzaq Şərqindəki Blaqoveşşensk şəhərində Mərkəzi Asiyalı şəxsin sahib olduğu kafenin yandırıldığı xəbər verilib.

Rusiyanın qərbindəki Kaluqa şəhərində üç tacik miqranta hücum edilib. Onlardan biri xəstəxanaya yerləşdirlib.

Moskva regionunda bir qrup gənc dörd tacik mirqrantı sərnişin qatarından atıb.

Rusiyanın Baza teleqram kanalı yazır ki, DİN-in bir sıra regional idarələri miqrantların sənədlərinin və onların qaldıqları yataqxanalarının yoxlanması üçün xüsusi briqadalar yaradıblar.

Tacikistanın Demokratik Partiyası və Tacikistan parlamentinin bəzi deputatları Rusiya prezidenti Vladimir Putini ksenofobiya zəminli zorakılığın qarşısının alınmasına çağırıblar.

Rusiyada yüz minlərlə Tacikistan vətəndaşı və milliyyətcə tacik yaşayır.

İD hücumdan bir neçə saat sonra məsuliyyəti öz üzərinə götürən bəyanat və hücum iştirakçılarının fotolarını yayıb.

Qruplaşma bildirib ki, bu hücumla İslama qarşı mübarizə aparan “xristianlara” ağır zərbə vurulub.

Qanunsuz saxlanmalar və döyülmələr

Qırğızıstan da öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkindirən bəyanatla çıxış edib. Rusiya şəhərlərində yüz minlərlə qırğız miqrant da var.

Rusiya insan haqları müdafiəçisi Valentina Çupik martın 24-də AzadlıqRadiosuna deyib ki, son 36 saatda Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşlarından polis tərəfindən “qanunsuz saxlanmaları” ilə bağlı 1018 şikayət daxil olub.

Çupik bildirib ki, onlardan bəziləri polis tərəfindən döyülüb, bəziləri isə Rusiyadan deportasiya edilib.

Bişkekdə yaşayan insan haqları müdafiəçisi Aziza Abdirasulova AzadlıqRadiosuna bildirib ki, Crocus Hall konsert zalına hücumdan sonra Mərkəzi Asiyadan olan miqrant əməkçilər daha çox məhdudiyyət və yoxlamalarla üzləşirlər.

Bir neçə Qırğızıstan vətəndaşı AzadlıqRadiosuna bildirib ki, onları Moskvaya gələn kimi Şeremetyevo hava limanında saxlamış və aeroportun saxlama mərkəzinə salmışlar.

Onlara niyə saxlandıqları barədə məlumat verilmir, telefonları əllərindən alınır, onlar hansısa sənədləri imzalamağa məcbur edilirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG