Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 10:55

İnsan alveri qurbanları təşkilat yaradır


Həkimlər üçün insan alveri qurbanları ilə davranış qaydaları hazırlanacaq
Həkimlər üçün insan alveri qurbanları ilə davranış qaydaları hazırlanacaq
Həkimlər üçün insan alveri qurbanları ilə davranış qaydaları hazırlanacaq. Bu barədə «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalovadan məlumat almışıq. Onun dediyinə görə, indiyədək alver qurbanları ilə davranış sahəsində müxtəlif qurumlar tərəfindən bəzi işlər görülüb:

«Daxili İşlər Nazirliyi də qurbanlarla davranış qaydaları hazırlayıb. Lakin işçi qrupun elə üzvləri var ki, onlar üçün belə qaydaların olması çox vacibdir. Bilirik ki, insan alveri qurbanlarının müəyyən edilməsində səhiyyə işçilərinin böyük rolu ola bilər. Amma hələlik bu sahədə praktika formalaşmayıb. Ona görə də düşündük ki, bunu gücləndirməyə ehtiyac var».

M.Zeynalova deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı etik davranış normaları var ki, bu, insan alveri ilə mübarizə aparan bütün ölkələr üçün əsas davranış qaydalarıdır.

«Bura qurbanın məxfiliyinin qorunması, onun vaxtında müəyyən edilməsi kriteriyaları, sorğu-sualın düzgün aparılması və s. daxildir».

M.Zeynalova onu da deyir ki, bu yaxınlarda bir sıra insan alveri qurbanları öz təşkilatlarını yaratmaq istəyirlər. Bu qurumda məhz traffikinqdən zərər çəkənlər toplaşacaqlar.

Bu ilin ilk 3 ayı ərzində insan alveri qurbanları üçün sığınacaqda 17 nəfər qeydiyyatdan keçib və bu qurumun xidmətlərdən bəhrələnib.
XS
SM
MD
LG