Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:57

Donuz qripi qlobal epidemiyaya səbəb ola bilər


Meksika və dünyada virusun yayılmasına qarşı təcili tədbirlər görülür
Meksika və dünyada virusun yayılmasına qarşı təcili tədbirlər görülür
Beynəlxalq səhiyyə təşkilatı xəbərdarlıq edir ki, Meksikada 81 adamın ölümüylə nəticələnmiş yeni qrip növü qlobal epidemiyaya səbəb ola bilər.

Bunun donuz qripi olduğu bildirilir.

Hələlik ölüm halı təkcə Meksikada qeyd alınsa da, virus Birləşmiş Ştatlara da yayılır.

Nyu-Yorkda 8 şagird də daxil olmaqla Kaliforniya, Kanzas və Texas ştatında virusa yoluxmuş 11 hal qeydə alınıb.

Meksika və dünyada virusun yayılmasına qarşı təcili tədbirlər görülür.

Yaponiya və Honkoqda sərnişinlər müayinədən keçirilir.

Yeni Zelandiyada Meksikadan gəzintidən qayıtmış 25 şagird və onların müəllimləri karantinə salınıb.

Həmçinin Fransanın Səhiyyə Nazirliyi Meksikadan dönmüş iki adamda şübhəli virus aşkar edildiyini deyir.
XS
SM
MD
LG