Naxçıvan Muxtar Respublikası (NMR) hakimiyyəti Bakıdan və qonşu ölkələrdən NMR-a gətirilən bəzi ərzaq və sənaye mallarına məhdudiyyət tətbiq edib. Belə ki, mallar NMR-in gömrük-keçid məntəqələrində saxlanılaraq geri qaytarılır və ya müsadirə edilir. Habelə, yerli sahibkarların paytaxtdan NMR-a gətirmək istədiyi mallardan gömrük-keçid məntəqəsində əlavə rüsumlar tələb olunur.
«Bakıdan gətirdiyim 50 cüt fəhlə əlcəyi üçün Culfa keçid məntəqəsində məndən 15 manat istədilər. Halbuki, bu əlcəyin qiymətinin bahalaşmasına səbəb olur», - deyə kiçik sahibkar Namiq Rəhimov bildirib.
Sakinlərin İran və Türkiyədən ailə tələbatlarını ödəmək üçün gətirmək istədikləri ərzaq malları əllərindən alınır. Sahibkarlar və yerli sakinlər yumurta, toyuq əti, kartof, meyvə-tərəvəz, şirələr, sənaye malları və s. məhsulların gətirilməsinə məhdudiyyətlər qoyulmasından şikayətlənirlər.
«Yumurtanın ədədi bizdə 15-20 qəpik olduğu halda İranda 8 qəpikdir. Gətirdiyim malların içərisində bir qutu (30 ədəd) yumurta var idi. Məndən təhvil verməyi tələb etdilər. Mən isə əsəbiləşib yumurtaları gömrükçülərə verməkdənsə çaya atmağı üstün tutdum. Axı biz bu cür ərzaq mallarını satış məqsədi ilə yox, ailəmizi dolandırmaq üçün gətiririk», - Naxçıvan şəhər sakini Sevda Məmmədova deyib.
Bütün bunlar NMR-də qiymət artımına gətirib çıxarır. Belə ki, Bakıda bir kisə un 17-18 manat təşkil edirsə, NMR-də bu, 34-35 manatdır.
Bundan əlavə, yerli hakimiyyət sakinlərin İran və Türkiyəyə keçməsinə də məhdudiyyətlər qoyub. Vətəndaşların adıçəkilən ölkələrə hər gün gedib-gəlməsinə qanun yol versə də, gömrük-keçid məntəqələrində sakinlərin həmin dövlətlərə 15 gündən bir getməsinə icazə verilir.
Öz növbəsində, NMR Dövlət Gömrük Komitəsindən bildirilib ki, muxtar respublikada yerli sahibkarlara kömək məqsədilə bəzi addımlar atılır. Bəzi mallar artıq Naxçıvanda istehsal olunur və bu səbəbdən də muxtar respublikaya bəzi məhsulların daxil olması məhdudlaşdırılır.
Bu barədə yerli hakimiyyətin rəsmi orqanı olan «Şərq qapısı» yazır.
Ekspert Məhəmməd Talıblı əhalinin kasıblaşmasına səbəb olan bu cür «proteksionist» siyasəti əsassız sayır. / Turan /