Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:48

Əli Həsənov «WikiLeaks» və Turqut Ər haqqında danışdı


Əli Həsənov
Əli Həsənov
"WikiLeaks"in materialları təxribat xarakteri daşıyır". Dekabrın 2-də bu barədə jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu məlumatlar ölkələri, ölkələrin rəhbərlərini qarşı-qarşıya qoymaq məqsədi ilə və onlar arasında etimadsızlıq yaratmağa cəhd göstərilməsi üçün yayılıb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır.

Əli Həsənovun sözlərinə görə, bu cəhdlərin nəyə xidmət etdiyi gələcəkdə aydın olacaq.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabına münasibətini də açıqlayıb:

“Turqut Ərin kitabı Azərbaycanla Türkiyə arasında münasibətləri korlamaq cəhddir. Bu cür hadisələr elə-belə baş vermir. Bu gün Türkiyə ilə Azərbaycan arasında mövcud olan münasibətləri pozmaq istəyirlər”.

O bildirib ki, Azərbaycanla və Türkiyənin kütləvi informasiya vasitələri arasında yüksək səviyyəli əlaqələr var:

“Ancaq təəssüflər olsun ki, bəzi KİV-lər münasibətlərə xələl gətirən materiallar hazırlayırlar. Bakıda keçirilən media təcrübəsinə həsr olunmuş bu tədbir əlaqələrin daha da gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir”. /APA/
XS
SM
MD
LG