Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:57

«Jurnalistika ölüb, ruhu dolaşır»


Zamin Hacı
Zamin Hacı
“Mən hamıya İlham Əliyev kimi dost arzulayardım”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında jurnalist Zamin Hacı prezident İlham Əliyevin “jurnalistlərin dostu” seçilməsinə münasibət bildirərkən deyib. O deyib ki, RUH Jurnalistlərin Müdafiə Komitəsinin İlham Əliyevi “Jurnalistlərin dostu” elan etməsi təəccüblü deyil:

“Sabah nəqliyyat nazirinin oğlunu ayıların dostu elan etsələr, təhsil naziri Misir Mərdanovu müsəlmanların dostu elan etsələr, nəqliyyat nazirini taksi sürücülərinin dostu elan etsələr təəccüblənmərəm. Çünki vəziyyət bu cür tələb edir.”.

Zamin Hacı deyib ki, indiyə qədər çalışdığı qəzetlərin bir neçəsini bağlayıblar, demək olar ki, hamısının baş redaktorunu həbs ediblər. O hesab edir ki, İlham Əliyev birbaşa olmasa da, göndərdiyi adamlar vasitəsilə mesajlarını çatdırıb.

JURNALİSTİKA ÖLÜB, RUHU DOLAŞIRl
Müşfiq Ələsgərli


“RUH Jurnalistlərin Müdafiə Komitəsi 5-6 il bundan əvvəl rəhmətə getmiş bir qurumdur. O dövrdən bəri biz bunu görməmişik. Yəni bu qurum ölmüşdür faktiki olaraq. İndi birdən ölmüş bir qurumun ruhunu yenidən dirçəldiblərsə, bu əslində qorxunc kabus kimi bir şeydir. Yəni elə bil ki, bunun bədəni ölüb. Ümumiyyətlə, Azərbaycan mediasının bədənini öldürüblər. Bu əslində çox maraqlı mistik bir addır. Yəni Azərbaycan jurnalistikası ölüb, ortalıqda ruhu dolaşır. Bu da onun komitəsidir. Bunların da seçiminə mən təəccüb etmirəm. Kabus nə seçəcək ki?”

RUH Jurnalistlərin Müdafiə Komitəsinin sədri Əvəz Rüstəmov isə bu müsabiqədə 93 media təşkilatının iştirak etdiyini və bu təşkilatların rəyi əsasında bu mükafatın İlham Əliyevə verildiyini bildirib. O, bunu jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin və dövlət başçısının atdığı addımlarla əlaqələndirib.

MEDİANIN İNKİŞAFI ÜÇÜN CİDDİ ADDIMLAR ATILIB

Jurnalistlərin Həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli isə deyib ki, Azərbaycanda media ilə bağlı çox ciddi irəliləyişlər gedir. Bunu hər hansı bir formada dəyərləndirmək lazımdır.

“Əgər biz mətbuata qarşı atılan addımları və ya inkişafı yönündə atılan addımlara nəzər salsaq, təsnifatını aparsaq, hər halda ikinci qisim öz çəkisi ilə kifayət qədər yüksək görünə bilər. Mənə belə gəlir ki, bu dəyərləndirmədir. Hər halda Azərbaycanda mətbuatın inkişafı üçün, Azərbaycanda medianın inkişafı üçün çox ciddi addımlar atılıb”.

XS
SM
MD
LG