Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:34

Albaniyada 6 zabitin həbsinə order verilib


Albaniyada Milli Qvardiyanın 6 zabitinin həbsinə order verilib.

Onlar cümə günü ölkə paytaxı Tiranada etiraz nümayişi dağıdılarkən 3 nəfərin ölümündə şübhəli bilinirlər.

Aksiyanı müxalifətdə olan Sosialist partiyası təşkil etmişdi.

Hökuməti korrupsiyada ittiham edən müxalifət kabinetin istefasını tələb edir.

Baş nazir Sali Berişa isə 3 nəfərin ölümünə görə təşkilatçıları günahlandırıb və bildirib ki, onlar Tunis ssenarisi ilə hakimiyyəti devirməyə cəhd göstərirlər.

Sali Berişa tərəfdarlarını gələn çərşənbə günü Tiranada zorakılığa qarşı kütləvi mitinqə çağırıb.

Avropa Birliyi və Birləşmiş Ştatlar tərəfləri sakitliyə çağırıblar.
XS
SM
MD
LG