Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:49

Yeni Qarabağ müharibəsi riski artır?


YENİ MÜHARİBƏ RİSKİ?

Beynəlxalq Böhran Qrupu bu qənaətə gəlib ki, Azərbaycanla Ermənistan arasında təmas xəttində atışmaların qızışması, silahlanma yarışının güclənməsi, hədələyici ritorika yeni müharibə ehtimalını gücləndirir.

Təşkilat fevralın 8-də Qarabağ münaqişəsindən bəhs edən hesabat yayıb.

Sənəddə qeyd edilir ki, 2010-cu ildə bu iki ölkə arasında münasibətlər daha da gərginləşib. Keçən il atəşkəsin pozulması nəticəsində azı 25 nəfər həlak olub. Ermənistan və Azərbaycan yaxın zamanda tammiqyaslı müharibə planlaşdırmasa belə, cəbhəboyu toqquşmalar asanlıqla nəzarətdən çıxa bilər.

"QARABAĞ MÜHARİBƏSİNDƏ TEZ VƏ ASAN QƏLƏBƏ YOXDUR"


Sənəddə deyilir ki, hər iki tərəfin hərbi potensialını artırdığını nəzərə alınsa, yeni müharibənin 1992-1994-cü illərin müharibəsindən daha fəlakətli ola biləcəyini demək mümkünüdür. Amma tərəflərdən heç birinin asan və tez qələbəsi mümkün deyil.

Sənədə görə, Azərbaycan silahlı qüvvələrin 95 000, Ermənistan və Qarabağda isə birlikdə 70 000 nəfər əsgər olduğu guman edilir.

Təşkilat hesab edir ki, hər iki tərəfin silahlanması getdikcə təhlükəli həddə çatır. Onların hər ikisi əhalinin sıx məskunlaşdığı əraziləri, əsas infrastruktur obyektlərini və kommunikasiyaları vura bilər.

HƏR İKİ ÖLKƏ GÖZÜNÜ 2014-CÜ İLƏ DİKİB

Sənəddə müharibə ehtimalını artıran amillərdən bəhs edən müəlliflər yazırlar: “Neft gəlirləri hesabına hərbi büdcəsini dəfələrlə artırmış Azərbaycan tez-tez bildirir ki, diplomatiya fayda verməsə hərbi yola əl ata bilər. Nəzərə almaq lazımdır ki, 2014-cü ildən Azərbaycanda neft hasilatının azalacağı gözlənir. Azərbaycanın isə əraziləri işğal altında, vətəndaşları köçkün vəziyyətdədir. Bakı buna qədər öz məqsədinə çatmaq üçün hərbi vasitələrə əl ata bilər.

Ona görə də Azərbaycana ciddi ziyan vuran indiki status-kvonun dəyişdirilməsi üçün daha çox iş görülməlidir. "Yoxsa, bu ölkədə həm xalq arasında, həm də rəhbərlikdə belə bir fikir cəlbedici görünə bilər ki, münaqişə həllininin ən ədalətli və real varinatı hərbi vasitələrdən istifadə etməkdir" - deyə sənəddə bildirilir.

Ermənistanda da bilirlər ki, vaxt daralır. Ona görə Ermənistan və Qarabağdakı millətçi qruplar qabaqlayıcı zərbə endirməyə cəhd edə bilərlər.

Azərbaycan rəhbərliyi qeyd edir ki, onun hərbi quruculuğu Ermənistanı diplomatik güzəştlərə məcbur etməyə yönəlib.

Ancaq eyni zamanda Bakı həm də qəbul etməlidir ki təmas xəttində vəziyyətin daha şəffaf, daha təhlükəsiz və daha nəzarətli olmasına yönəlmiş tədbirlərdə onun da marağı var”.

Beynəlxalq Böhran Qrupunun Avropa Proqramlarının direktoru Sabine Freizer də qeyd edir ki, sülh danışıqlarında uğursuzluq qarşıdakı bir neçə ildə istənilən vaxt müharibənin başlanması ehtimalını gücləndirir: “Ona görə Rusiya, ABŞ, Türkiyə və Avropa Birliyi hadisələrin bu ssenari üzrə inkişafının qarşısının alınmasını daim gündəlikdə saxlamalıdırlar.”

NƏ ETMƏLİ?


Təşkilatın hesabatında yeni hərbi toqquşmadan qaçmaq üçün tövsiyyələr də əskini tapır. Həmin tövsiyyələrə görə Azərbaycan və Ermənistan:

  • - baza prinsiplərə dair sənədi imzalamlı, daha praqmatik ictimai diskussiyalara şərait yaratmalı, hədələyici ritorikadan və Dağlıq Qarabağın gələcək statusuna dair referendum w,wn konkret vaxt təyin etməkdən qaçmalıdır.
  • - təmas xətti yaxınlığında hərbi təlimlər keçirməkdən çəkinməli, bir-birinin mövqelərinə doğru irəliləməməli, artilleriyadan istifadə etməməlidir. - Ermənistan Qarabağa çağırışçıları göndərməyi dayandırmalıdır.
  • - Ermənistan və Qarabağın faktiki rəhbərliyi Azərbaycana indiki status-kvonun dözülməz olması barədə fikir yaradan hərəkətlərdən çəkinməlidir.
  • - Əvvəllər azərbaycanlıların daha çox yaşadıqları ərazilərin ermənilərlə məskunlaşdırılması dayandırılmalı, arxeoloji qazıntılara son qoyulmalıdır.

Təşkilatın Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlara da bəzi məsləhətləri var:

  • - Münaqişənin həlli üçün aparılan danışıqlara vasitəçilik edən əsas ölkə kimi Rusiya tərəflərə hücum silahları və texnologiyaları verilməsini dayandırmalıdır.
  • - Başqaları da ATƏT və BMT-nin bu regiona silah embarqosu haqqında qərarlarına əməl etməlidirlər.
  • - ATƏT özünün müşahidə missiyasının mandatının uzadılmasına və missiyanın ştat işçilərinin sayının artırılmasına nail olmalıdır.

BAZA PRİNSİPLƏR İMZALANMALIDIR


Beynəlxalq Böhran Qrupu münaqişənin sülh yolu ilə həllinə dair 2005-ci ildə ATƏT-in təqdim etdiyi baza prinsiplərin imzalanmasını xüsusilə zəruri addım hesab edir.

Hesabatda qeyd olunur ki, prezidentlər bu sənədin razılaşdırılmasına çalışdıqlarını desələr də, hələlik sənədi imzalamaq mümkün olmayıb.

Keçən il Azərbaycan prezidenti bəyan etdi ki, təklif edilən baza prinsipləri ümumiyyətlə qəbul edir. Amma hələlik Ermənistan prezidenti Serj Sarkisyan bu barədə fikrini elan etməyib.

Azərbaycan rəhbərliyi bildirib ki, əgər Ermənistan “gözdən pərdə asmaq xatirinə” danışıqlar aparsa, Bakı bu cür müzakirələrdən çıxacaq.
XS
SM
MD
LG