Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:35

Vidadi İsgəndərli: «Gömrük də korrupsiya sisteminin bir qurumudur»


Vidadi İsgəndərli
«Ölkədəki bütün strukturlar arasında zəncirvarı korrupsiya sistemi yaradılıb. Gömrük də bu korrupsiya sisteminin bir qurumudur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Gömrükdəki islahatlar» barədə danışan hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib.

Yaxınlarda bu islahatlar başlayandan sonra gömrükdə olduğunu deyən hüquq müdafiəçisi gördüklərindən dəhşətə gəldiyini bildirib.

«Gömrük mütəşəkkil cinayətkar bir qurumdur. Çek verirlər qanunsuz -
3200 manat. «Dvoynoy çek» deyirlər ona. Çeki vururlar, deyirlər get, hara şikayət edirsən et. Həmin çekin dublikatı var. Yəni pul kassaya girir 3200. Sonradan qeyd edirlər 2000 manat».

Günlərlə malı gömrükdə qalmış sahibkar Bədrəddin Quliyev isə deyib ki, gömrükdə insanların incidilməsi sahibkarlığın inkişafına böyük zərbə vurur.

«Müştərilər arasında etibarı getdikcə itirirsən. Nəqliyyat vasitəsinin orada qalmasına görə əlavə cərimə ödəməli olursan.
Bədrəddin Quliyev
Sahibkarın imicinə zərbə vurur».

Bədrəddin Quliyev deyir ki, ümumiyyətlə, iynədən tutmuş sapa kimi hər şey məmurlar arasında dövlət aparatındakı nüfuzuna görə bölünüb. Artıq gömrükdə boş sahə qalmayıb.

«Bütün gömrüyə vahid siyahı verilib. O siyahıda tonnajına görə malların adları, çeşidləri yazılıb. O malların çeşidinə görə alınacaq rüşvət də yazılıb».

60-70 MİN AZƏRBAYCANDA 9 MİNƏ «ÇEVRİLİR»


Sahibkar onu da bildirir ki, insanlardan daha çox pul qoparmaq və dövlət büdcəsinə daha az pul yatırmaq üçün gömrük orqanlarında müxtəlif maxinasiyalara əl atırlar. Məsələn, respublikaya mal idxal olanda, keçid məntəqələrində onların invoys fakturaları dəyişdirilir. Malın faktiki dəyəri 60-70 mindirtsə, Azərbaycana keçəndə keçid məntəqəsində bunu 9 min edirlər. Və ya aldığın çeşidlər başqa cürdürsə, bir dənə çeşid yazırlar. Məsələn, qara metal yazırlar. Qara metalın dəyəri isə olduqca aşağıdır...
Qubad İbadoğlu
Bundan başqa, sahibkar deyir ki, ölkə daxilində qanuni sənədləşmə aparılmır. Bu səbəbdən insanlardan əlavə haqq alınır. Ölkəyə daxil olan mallarla bağlı müqavilə bağlanmalıdır, bağlanmır».

Gömrükdəki məsələləri araşdıran İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyib ki, korrupsiya və monopoliyanın qarşısını almaq üçün Ümumdünya Ticarət Təşkilatına qəbul prosesi sürətlənməlidir.

«Bu qəbul prosesində Azərbaycanın öhdəlikləri var. Gömrük proseduraları sadələşdirilməli, elektronlaşdırılmalı, şəffaflıq yaradılmalıdır. Bu problemləri həll etmədən bizi onsuz da Ümumdünya Ticarət Təşkilatına üzv qəbul etməyəcəklər. Hesab edirəm ki, ilk növbədə islahatlar aparılmalıdır. Gömrük orqanlarında şəffaflıq artırılmalı, onların iş sisteminin təkmilləşdirilməsi məsələləri həll olunmalıdır. Biz özümüz də vətəndaş, sahibkar olaraq bu prosesdə iştirak etməliyik...».

XS
SM
MD
LG