Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:02

FTB Steve Jobs haqqında məxfi dosye yayıb


Steve Jobs
Steve Jobs
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) «Apple» şirkətinin mərhum rəhbəri Steve Jobs haqqında məxfi dosyeni yayıb. Dosyedə Jobs'un narkotik qəbul etdiyi, yalançı olduğu və ailəsinə baxmadığı barədə tanışlarının fikirləri də yer alıb.

FTB 191 səhifəlik bu dosyeni 1991-ci ildə hazırlayıbmış. O vaxt ata Bush'un hökumətində Jobs'a «həssas bir vəzifə» vermək istəyirlərmiş. FTB-yə tapşırılıb ki, Jobs'u daha yaxından öyrənsin.

O vaxt S.Jobs'un namizədliyi Prezidentin İxrac Şurasında bir vəzifə ucun nəzərdən keçirilirmiş.

Dosye Jobs'un dostları və sabiq həmkarlarından alınan müsahibələr əsasında hazırlanıb. Sənəddə adlar çıxarılıb və bəzi təfərrüatlar redaktə olunub. Sənədin bir yerində Jobs'u həddən artıq təkəbbürlü olmaqda qınayırlar. Sənəddə deyilir ki, FTB-nin xüsusi agenti onunla görüşmək istəyərkən S.Jobs'un katibəsi bildirib ki, onun 3 həftə müsahibə verməyə vaxtı olmayacaq. Görüşmək uçun 1 saat belə vaxtı yoxdur.

NARKOTİKDƏN İSTİFADƏ EDİBMİ?

Jobs özü şəxsi məlumat formasını dolduranda, narkotik vasitələrdən istifadə etmədiyini bildirib. Hərçənd, FTB-nin dosyesində qeyd olunur ki, bir necə şəxs onun keçmişdə narkotik maddədən istifadə etdiyini söyləyib. Jobs'un keçmiş işçilərindən biri isə deyib ki, 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində o, narkotik maddədən istifadə etmiş ola bilər.

Sənədin başqa bir yerində isə qeyd olunur ki, Jobs həyat yoldaşına və qızlarına yaxşı baxmayıb.

Bir tanışı isə bildirib ki, Jobs heç də səmimi və vicdanlı adam deyil. Onun fikrincə, Jobs öz məqsədinə çatmaq üçün həqiqəti də təhrif edər. Həmin şəxs də Jobs'un kollecdə oxuyarkən marixuanadan istifadə etdiyini bildirir. Bu haqda onun otaq yoldaşlarından eşitdiyini deyib.

1991-ci ildə FTB S.Jobs haqqında dosye hazırlayanda o, yeni qurduğu «Next Computing» şirkətində işləyirdi. 1985-ci ildə «Apple»dən qovulmuşdu. «Apple»ə o, sonralar - 1997-ci ildə qayıtmışdı. /«Daily Telegraph» qəzeti/
XS
SM
MD
LG