Bakıda yeni məscid kompleksi tikiləcək. Avqustun 18-də prezident İlham Əliyev kompleksin tikintisinə dair tədbirlər planı haqda sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə sərəncamda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti yeni məscid kompleksinin tikintisi üçün Binəqədi rayonu ərazisində torpaq sahəsinin ayrılmasını təmin etsin:
«Kompleksin layihələndirilməsi və tikintisi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq on milyon manat ayrılsın».