Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 22:50

Fransa jurnalı Qatarı dünya çempionatını satın almaqda ittiham edir


İsveçrə, FİFA-nın prezidenti Sepp Blatter səsvermədə Qatarın qalib olduğunu elan edir. 2 dekabr 2010-cu il.
İsveçrə, FİFA-nın prezidenti Sepp Blatter səsvermədə Qatarın qalib olduğunu elan edir. 2 dekabr 2010-cu il.
-


Fransada çap olunan “France football” jurnalı yanvarın 28-də Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasını – FİFA-nı korrupsiyada ittiham edən araşdırma çap edib. Öz araşdırmalarına istinad edən jurnal iddia edir ki, FİFA-nın icraiyyə komitəsi futbol üzrə 2022-ci ilin dünya çempionatını 2010-cu il dekabrın 2-də keçirilən səsvermədə sadəcə olaraq “Qatara satıb.”

Araşdırmaya görə FİFA rəsmiləri ilə ünsiyyət üçün Qatar Afrika futbol konfederasiyasını maliyyələşdirib.

“France football”-un əsas iddiaları qısaca aşağıdakı kimidir:

- Fransa futbolu ərəb şeyxlərindən iri məbləğdə investisiyalar aldıb. Ona görə də həmin dövrdə ölkə prezidenti olan Nocola Sarcozy Qatara səs verməsi üçün UEFA prezidenti Mishel Platini-yə şəxsən göstəriş verib.

– FİFA-nın İcraiyyə Komitəsində Ərəb Futbol Konfederasiyasından olan iki nəfərin – İssa Ayat və Jak Anuma-nın səsləri hər birinə yarım milyon dollar ödənməklə alınıb.

– Qatardan olan xeyriyyəçilər 2010-cu ildə Afrika Konfederasiyasının toplantısına gizli şəkildə 1.25 milyon dollar veriblər.

– FİFA İcraiyyə Komitəsinin üzvü Amos Adam-ın oğluna 1 milyon dollar rüşvət verilib.
“France football” öz iddialarını sübut edə biləcək sənədləri FİFA-ya təqdim etməyə hazır olduğunu da bildirir.

Jurnalın araşdırmasından sonra UEFA prezidenti Mishel Platini bildirib ki, 2010-cu ildə keçirilən səsvermədə kimə səs verəcəyi ilə bağlı heç yandan göstəriş almayıb, yalnız özü istədiyi ölkəyə səs verib: “Jurnalın yazdıqları yalandır. Bununla bağlı məhkəməyə müraciət etmək hüququmu özümdə saxlayıram.”

Hələlik FİFA rəhbərliyindən jurnalın iddialarına cavab səslənməyib.
XS
SM
MD
LG