-
Qətərin 2022 Dünya Futbol Çempionatında ev sahibliyini rüşvətlə aldığı iddia olunur. Bu barədə Britaniyanın The Sunday Times qəzeti bazar günü yazıb. FİFA idarə komitəsinin keçmiş üzvü qurum rütbəlilərinə 5 milyon dollar rüşvət verməkdə və əvəzində Qətərin 2022-ci il Futbol çempionatının ev sahibliyini qazanmasını təmin etməkdə suçlanır.
ÖDƏNİŞ BİR NEÇƏ DƏFƏYƏ EDİLİB
Qəzet iddia edir ki, milyonlarla gizli sənəd əldə edib. Həmin sənədlər Qətərdən olan, FİFA-nın keçmiş vitse-prezidenti Mohamed Bin Hammam-ın 2010-cu ilin dekabrında ölkəsi üçün lobbiçilik etdiyini göstərir.
Qəzet bazar günü «Dünya Çempionatını almaq planı» başlığı ilə çıxıb. Bin Hammam-ın Afrikada yüksək rütbəli futbol rəsmilərinə, eləcə də FİFA-nın keçmiş rəhbərlinə on dəfələrlə pul ödədiyi iddia olunur.
FİFA TARİXİNİN ZİDDİYYƏTLİ FİQURU
İki həftəyə Braziliyada Dünya Çempionatı başlayır. 2010-cu il səsverməsi, yəni futbol çempionatına ev sahibliyinin bu kiçik səhra ölkəsinə verilməsini hazırda FİFA-nın müstəqil etika prokuroru araşdırır.
The Sunday Times yazır ki, Bin Hammam iddialara cavab verməyib. Qətərin müvafiq komitəsinin üzvləri də keçmiş FİFA rəsmisi ilə hər hansı bağlılığı yalanlayıb.
Bin Hammam FİFA tarixində ən ziddiyyətli fiqurlardandır və daha bu qurumun komitə üzvü deyil. 2011-ci ildə onun prezidentlik üçün kampaniyada korrupsiyadan yararlandığı aşkarlanıb.