-
Braziliyada iyunun 12-də başlayacaq Dünya Çempionatı qabağı FİFA tikan üstündədir. Metro işçilərinin tətili ölkənin ən böyük şəhəri olan San Paulonu iflic edib. Həmkarlar təşkilatları bildirir ki, onlar futbola yox, dövlət başçısı Rousseff-in iqtisadi siyasətinə etiraz edir:
«Bizim problemimiz milli komanda ilə deyil. Əlbəttə, onları ruhlandırmaq üçün alqışlayacağıq».
Braziliyada keçiriləcək dünya çempionatına bir neçə gün qalmış ölkədə çempionatın keçirilməsinə xərclənən pullardan narahat olan minlərlə braziliyalı təhsil, səhiyyə və sosial sahələrə daha çox pul ayrılması tələbi ilə küçələrə çıxıb.
«XALQSIZ KUBOKA QARŞI YENƏ YOLLARDAYIQ...»
İyunun 12-də ölkənin ən böyük şəhəri olan San Pauloda Braziliya-Xorvatiya qarşılaşması ilə çempionatın açılış mərasimi baş tutacaq. İndi bu şəhərdə metro işçiləri maaşlarının artırılması tələbi ilə tətil edir. 4 milyon yarım əhalinin istifadə etdiyi metro stansiyalarının yarısı bağlanıb. Ötən gün səhər saatlarında bu şəhərdə 200 kilometrdən artıq tıxac yaranıb.Polis şəhərin mərkəzindəki stansiyaların birində etiraz edən metro işçilərinə qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar tətilin davam edəcəyini bildirib:
«Xalqsız kuboka qarşı yenə yollardayıq» şüarıyla keçirilən aksiyada 10 min adam dünya çempionatının açılışının keçiriləcəyi İtaquirao stadionuna çıxan yolu bağlamışdı.
Etirazlarda məşhur futbolçular da hədəfə götürülür. Rio de Janeyro şəhərində keçirilən etiraz aksiyalarının birində Ronaldo «xəyanət»də ittiham olunub.
Dünəndən isə ölkədaxili qatar maşinistləri tətilə başlayıb. Dəmiryolu stadionlara getmək üçün vacib nəqliyyat növlərindən biri sayılır.
İyunun 12-dən başlayacaq 2014-cü ilin Dünya Çempionatının final qarşılaşması isə iyulun 13-dədir. Braziliya dünya çempionatına 11 milyard dollar xərclədiyini bildirir.