-
İyunun 12-də Braziliyada futbol üzrə dünya çempionatı başlayır.
Futbol şərhçisi Çingiz İsmayılov deyir ki, Braziliyada kimin çempion olacağını demək elə də asan deyil:
«Favoritlər haradasa 5-6 komandadır. Bunlar birinci növbədə meydan sahibləri - Braziliya yığmasıdır. Ondan sonra Almaniya, İspaniya və, təəccüblü də olsa, Belçika 5 ən favorit siyahısına daxildir. Belçika yığması sürpriz edə bilər. Ancaq mənim ən çox xoşuma gələn İspaniya yığmasıdır, onların hücum üslubunda oyunudur. Müdafiəyə daha çox fikir verib əks-hücumlardan istifadə edirlər. Amma Almaniya komandasının da şansını yüksək qiymətləndirirəm. «Alman maşını» bir il əvvəlki oyunu nümayiş etdirə bilsə, qalib gələ bilər. Braziliya isə favoritdir, meydan sahibidir».
«RİYAZİYYAT KİMİ DƏQİQ OYNAYIRLAR»
Hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva uşaqlıqdan futbolu sevdiyini deyir. 7-ci sinfə qədər həyətdə futbol oynayıb, həm də yaxşı qapıçı olub. İndi isə oğlu futbola həvəslə baxdığından o da maraqlı oyunları izləyir:
«Mən istərdim çempion İspaniya yığması olsun. Onların oyunlarını çox bəyənirəm. İngiltərənin, Almaniyanın çox yaxşı, maraqlı üslubları var. Texnikaları da çox əladır. Riyaziyyat kimi çox dəqiq oyunları var. Ancaq ən yaxşı oyun İspaniyanındır. Həm də hüquq müdafiəçisi gözü ilə baxanda, onların çox səliqəli oyun nümayiş etdirdiyini görürsən».
«RUSİYANIN ŞANSI SIFIRA BƏRABƏRDİR»
Politoloq Zərdüşt Əlizadə deyir ki, Braziliya, İspaniya, Almaniya yığmaları kimi komandalar həmişə çempion ola bilər. Onun fikrincə, Rusiya yığmasının isə heç vaxt belə şansı olmur:
«Bir neçə güclü komandalar var ki, onların çempion olmaq şansları böyükdür – Braziliya, İspaniya, Fransa, Almaniya. Əvvəllər də olublar, indi də onlar favoritdir. Komandalar var ki, onların çempion olmaq şansları sıfıra bərabərdir – məsələn, Rusiya yığması kimi».
Zərdüşt Əlizadə deyir ki, o, gözəl, məzmunlu texniki oyun göstərən komandaya azarkeşlik edir. Politoloqun fikrincə, builki dünya çempionu meydan sahibləri Braziliya yığması olacaq.
«MESSI-YƏ GÖRƏ...»
Bəstəkar Vaqif Gərayzadə düşünür ki, dünya çempionu ya Almaniya, ya da Argentina yığması olacaq. Vaqif Gərayzadə özü Braziliya yığmasına azarkeşlik edir. Ancaq Messi-yə görə Argentinanın dünya çempionu olacağını düşünür:
Dünya çempionatı iyunun 12-də San-Pauloda başlayacaq. Mundialda 32 komanda hərəsində dörd iştirakçı olmaqla 8 qrupda yarışacaq. İyulun 13-də Rio-de-Janeyrodakı «Marakana» stadionunda final qarşılaşması olacaq.
Oyunlar Bakı vaxtilə saat 21:00, 00:00, 1:00, 3:00 və 6:00-da keçiriləcək.

«Adətən Latın Amerikasında dünya çempionatı keçiriləndə Avropa komandaları birinci yeri tutmur».