-
Amerikada “Papa”nın anadan olmasının 115 illiyi qeyd edilir: 21 iyul - “Ernest Hemingway günü”
Nobel mükafatlı yazıçının ad günündə ona zahirən oxşayanlar arasında müsabiqə də keçirilir.
Key West-də düzənlənən bu ilki müsabiqəyə 130 “ağsaqqal” qatılmışdı.
Müsabiqənin qalibi Arizonadan olan bərpaçı Wally Collins seçilib.
Bu onun yarışmanı qazanmaq üçün 6-cı cəhdi idi (Onun oğlu da müsabiqədə iştirak edirdi).
Müsabiqə “Sloppy Joe's Bar”da keçirilirdi.
Bu, 1930-cu illərdə yazıçının sevimli barı idi.
Collins deyib ki, o həmişə Hemingway-in ideallarına və macəraçılığına heyran olub:
“Düzdü, onun qədər arvadım olmayıb (Hemingway 4 dəfə evlənib – red.), mənim övladım, nəvəm də onunkundan çoxdur, amma bir xeyli məsələlərdə fikirlərimiz üst-üstə düşür”.
Müsabiqənin prizi Hemingway-in büstü şəklindədir.
Hemingway Key West-də 1939-cu ilə qədər yaşayıb, “Əcəl zəngi” əsərini də burdakı evində yazıb.
Evdə indi Hemingway muzeyi yerləşir.
“Ernest Hemingway günü” ilə bağlı tədbirlər arasında hekayə müsabiqəsi də var – yazıçının nəvəsi Lorian Hemingway-in rəhbərliyi ilə.
Tədbirlər “Sloppy Joe's Bar”da qol güləşdirmə yarışı ilə bitir.