-
İyulun 30-da Azərbaycan çempionu «Qarabağ» Çempionlar Liqasında növbəti oyununu keçirib.
III təsnifat mərhələsinin ilk oyununa çıxan Azərbaycan təmsilçisi Avstriyanın «Zalsburq» klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 2:1 hesabı ilə «Qarabağ»ın xeyrinə yekunlaşıb.
Cavab oyunu avqustun 6-da Avstriyada keçiriləcək.