Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:34

ABŞ-ın Helsinki Komissiyasından Leyla Yunusun həbsinə sərt reaksiya


Ben Cardin
Ben Cardin

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə (Helsinki) Komissiyasının sədri, senator Ben Cardin və komissiyanın həmsədri, Nümayəndələr Palatasının üzvü Chris Smith Azərbaycanda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir ki, L.Yunusa və onunla eyni İnstitutda çalışan həyat yoldaşı, politoloq Arif Yunusa qarşı irəli sürülmüş ittihamlar hiddət doğurur:

"Onların hər ikisi Ermənistan və Azərbaycan cəmiyyətləri arasında xalq diplomatiyası yolu ilə əlaqələr qurulmasında uzun müddət fəal olublar və onlara qarşı casusluq ittihamı absurddur. Biz Azərbaycan hökumətini çağırırıq ki, onlara qarşı ittihamları ləğv etsin, özünün ifadə və toplaşmaq azadlıqlarını dinc şəkildə həyata keçirən müxalifətə, mülki cəmiyyətə və jurnalistlərə qarşı koordinasiya edilmiş kampaniyanı dayandırsın".

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı dövlətə xəyanət, dələduzluq, vergidənyayınma və qanunsuz sahibkarlıq, Arif Yunusa qarşı isə dövlətə xəyanət və dələduzluq ittihamları irəli sürülüb.

XS
SM
MD
LG