Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:26

Rusiya rublu ilə dolanan Azərbaycan ailələri çətin duruma düşüb


Arxiv fotosu: Krımda pul qabı və alınacaq ərzaq məhsullarının siyahısı. 9 dekabr 2014
Arxiv fotosu: Krımda pul qabı və alınacaq ərzaq məhsullarının siyahısı. 9 dekabr 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid

“Ayda bir dəfə Bakıda yaşayan bacılarıma və qardaşıma hərəsinə 500-1000 dollar göndərirdim. İndi də göndərirəm amma çətinliklə. Əvvəl 1000 dollar üçün 34-35 min rubl göndərirdiksə, indi 65 min rubl göndəririk. Az qala iki dəfə çox.”

Rusiyada yaşayan İlham Əsədov belə deyir. O, uzun illərdir ailəsi ilə Rusiyada yaşasa da bütün qohum-əqrabası, bacı-qardaşı Bakıdadır. İlham Əsədov Rusiyadakı digər həmyerliləri kimi hər ay Azərbaycandakı yaxınlarına maddi yardım edir. Deyir ki, rubl dəyərdən düşəndən bəri vəziyyət əvvəlki qədər yaxşı deyil:

“Elə dünən buradakı azərbaycanlılarla söhbət edirdik. Vəziyyət gedikcə pisləşir. Burdakı həmyerlilərimizin böyük hissəsi ya heç, ya da əvvəlkindən qat-qat az pul göndərə bilirlər”.

Rubl dəyərdən düşəndən bəri Rusiyada ərzaq məhsullarının qiymətində də 15-20 faizlik bahalaşma müşahidə olunur.

“MƏHSUL BAZARA ÇATANA KİMİ QİYMƏTLƏR YENİDƏN DƏYİŞİR…”

İlham Əsədov Rusiyadan keçmiş sovet respublikalarına tikinti materialları göndərir, taxta-şalban biznesi ilə məşğul olur. Deyir ki, rublun dəyərdən düşməsi rusların özünə o qədər də təsir etməsə də əsas ziyan sahibkarlara dəyir:

“Bizim əsas işimiz ixracdır. Dolların dəyərinin artması işimizə təsir edir. Sabit qalsa bu qədər problem yaranmaz. İndi 1 dollar 65 rubldur, lap 100 rubl olsun amma sabit qalsın. Qalxıb, enməsi, və ya hər gün dəyişməsi bazara ciddi təsir edir. Məhsulu bir qiymətə alırıq, gəlib bazara çatana kimi qiymətlər dəyişir”.

AZƏRBAYCAN DA RUBLDAN ASLI ÖLKƏLƏR SIRASINDADIR…

İqtisadçılar rublun dəyərdən düşməsinin hələ nə qədər davam edəcəyini proqnozlaşdırmağa çətinlik çəkirlər.

Dünya Bankının hesabatına görə, 2015-ci ildə Rusiyadan gələn nağd pul göndərişlərindən asılı olan doqquz ölkə rublun zəifləməsi ucbatından ümumilikdə 10 milyard dollar itirə bilər. Həmin ölkələr sırasında Azərbaycan da yer alır.

Hesabata görə Azərbaycana göndərilən pul Ümumi Daxili Məhsulun 2,4 faizi qədərdir. Bunun da 1,3 faizi Rusiyanın payına düşür. Hesabat müəllifləri bu rəqəmlərin yalnız rəsmi məlumatlar – bank yolu ilə göndərişlər əsasında hesabladıqlarını vurğulayırlar. Miqrantların özləri, yaxud dostları vasitəsilə göndərdikləri məbləğ də nəzərə alınarsa göstəricilərin daha da çox olması mütləqdir.

Rusiya Mərkəzi Bankının rəsmi məlumatına görə, Rusiyadan Azərbaycana ildə orta hesabla 1 milyard 200 milyon dollar göndərilir. Rəsmi rəqəmlər belədir, qeyri-rəsmi rəqəmlərə görə bu göstəricilər 2-3 milyard dollar arasındadır.

RUBL DƏYƏRDƏN DÜŞÜR, MANAT SABİT QALIR…

Rublun dəyərdən düşməsindən sonra Azərbaycana göndirən vəsaitin də həcmi azalır. Bu da ilk növbədə Rusiyadan göndərilən pullla Azərbaycanda dolanan ailələrə təsir edir. Qeyri-rəsmi məlumatlara görə Azərbaycanda 500 min ailə - təxminən 2 milyon nəfər Rusiyadan göndərilən pulla dollanır.

Bir də Rusiya mal göndərən azərbaycanlılar var. Onlardan biri – Xaçmazdan Rusiyaya xurma aparan Faud Qəribov deyir ki, məhsulu aparıb Rusiyada ucuz qiymətə satmaları bir dərd, təzədən rublu Azərbaycanda manata çevrib itirdikləri də bir başqa dərd:

“Rubl düşür. Heç sərf etmir. Hələki məhsulu soyuducularda saxlayırıq ki, bəlkə rubl qalxa onda sataq”.

MANAT RUBLA NİSBƏTDƏ 50 FAİZ BAHALANIB

Rus rubluna nisbətdə Azərbaycan manatının dəyəri ötən bir ildə nə az, nə çox 51 % bahalaşıb. Başqa sözlə, əvvəl 100 AZN almaq üçün Azərbaycana 4 min 150 rubl göndərilirdisə, indi 8 min 248 rubl göndərmək lazımdır.

2014-cü il yanvarın 1-i ilə müqayisədə indi Azərbaycan manatının dəyəri xeyli möhkəmlənib:

ABŞ dollarına nisbətdə - 0,1 %,
Avroya nisbətdə - 16 %,
Rubla nisbətdə - 51 %,
Türk lirəsinə nisbətdə - 7,4 %,
İran rialına nisbətdə - 9.4 %.

Bu da manatın dollara nisbətdə sabit saxlanaması ilə bağlıdır. Manatı sabit saxlamaq təkcə dekabr ayında Mərkəzi Bank bir gündə 37 milyon dollar, ayda 1 milyard dollar xərcləyib.

Bankın sədri Elman Rüstəmov manatın dəyərinin 2015-ci ildə də sabit saxlanacağını bildirib.

XS
SM
MD
LG