Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:42

Fransanın islamlaşmasından bəhs edən roman Almaniyada da bestseller oldu


Almaniya - Michel Houellebecq-in "İtaət"i bestsellerdir.
Almaniya - Michel Houellebecq-in "İtaət"i bestsellerdir.

-

Almaniyada ən çox satılan kitabların siyahısı açıqlanıb. Birinci yerdə fransız yazıçı Michel Houellebecqin "İtaət" romanıdır.

Roman artıq ikinci həftədir ki, öndədir.

Anti-utopiya şəklində yazılmış romanda 2022-ci ilin Fransası əks olunur.

Dövlət başında olan solçu ziyalıların səhlənkarlığı üzündən müsəlman namizəd hakimiyyətə gəlir.

Müəllif bu hadisədən sonra hər şeyin birdən-birə necə dəyişdiyini göstərir: şəriət qanunları qüvvəyə minir, təhsilin strukturu dəyişir, qadınlar qapanmağa başlayır, yəhudilər ölkədən mühacirət edir.

Öncə Fransada yayınlanmış roman kəskin tənqidlərə səbəb olub.

Houellebecq-i hər şeydən öncə islamofobiyada günahlandırırlar. O isə bu ittihamları qətiyyətlə rədd edir.

Alman dərgiləri “De Spigel” və “Focus” bir qayda olaraq hər həftə Almaniya üzrə bestsellerlərin siyahısını açıqlayırlar, bu siyahı müxtəlif amillər nəzərə alınaraq hazırlanır. “Der Spigel” öz siyahısını bütün Almaniya üzrə 450 iri kitab mağazasının rəsmi satış nəticələrini, “Focus” isə alman kitab satışı ittifaqının təqdim etdiyi məlumatları əsas götürərək hazırlayır.

Roman Fransada da bestsellerdir. Xüsusən yanvarın əvvəlində radikal islamçıların Parisdə "Charlie Hebdo" jurnalında qətliam törətməsindən sonra satışı artıb.

XS
SM
MD
LG