Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:38

ABŞ-da Azərbaycanla bağlı dinləmələrdən sonra vəziyyət dəyişəcəkmi?


Svante Cornell
Svante Cornell

-

«Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının səbəbi Cənubi Qafqazda daim dəyişən geosiyasi vəziyyət ola bilər».

İsveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru Svante Cornell Trendə belə deyib. O, həm də Mərkəzi Asiya və Qafqaz İnstitutunun, eləcə də «İpək yolu» araşdırmalar Proqramının araşdırmalar üzrə direktorudur.

Svante Cornell fevralın 12-də Bakı vaxtı ilə axşam saat 10-da Azərbaycana dair dinləmələrə qatılanlardan biridir.

«Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları» mövzusundakı dinləmə Washingtonda keçiriləcək.

«RUSİYA REGİON ÖLKƏLƏRİNİN MÜSTƏQİLLİYİNİ TƏHDİD EDİR»​

S.Cornell deyir ki, son vaxtlar ABŞ siyasi dairələri və KİV-də Azərbaycanı tənqid edirlər ki, bu da məqsədyönlü xarakter alıb. Onun fikrincə, ABŞ-ın regionda yaranmış vəziyyətə qeyri-adekvat reaksiyası iki ölkənin münasibətlərində gərginlik yaradır:

«Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının daha bir səbəbi Birləşmiş Ştatların Azərbaycanla bağlı dəqiq strategiyasının olmamasıdır. Bununla bağlı, məsələn, 10 il əvvəl problem yox idi».

Azərbaycan və ABŞ bayraqları
Azərbaycan və ABŞ bayraqları

Regiondakı vəziyyəti şərh edən ekspert bildirib ki, son 10 il ərzində Cənubi Qafqaz ölkələrinin suverenliyi və müstəqilliyi kəskin şəkildə güclənib.
Cornell Gürcüstandakı müharibədən də danışıb. Bildirib ki, bu müharibədən sonra bir çoxları Rusiyanın digər ölkələrin suverenliyinə müdaxilə cəhdlərinin qarşısını almağın çətinliyini gördülər:

«Əgər vəziyyətə nəzər salsaq, görə bilərik ki, Rusiya Gürcüstana soxuldu və Ermənistana Avropaya inteqrasiyanın istənilən formasını qadağan etdi. Nəticədə sonuncu Aİİ-yə qoşuldu. Rusiya bu gün region ölkələrinin müstəqilliyini daha çox təhdid edir».

ƏSAS MƏSƏLƏ, KONQRES ÜZLƏRİNİN SUALLARIDIR…

Amerikalı diplomat Richard Kauzlarich
Amerikalı diplomat Richard Kauzlarich

Dinləmələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997), hazırda ABŞ-ın Corc Meyson Universitetində Terrorçuluq, Transmilli cinayətlər və Korrupsiya üzrə Mərkəzin direktor müavini Richard Kauzlarich də qatılacaq. Onun fikrincə, son vaxtlar Azərbaycanda insan haqlarının durumu daha da pisləşir.

Tədbirə Cənubi Qafqaz və Azərbaycanla bağlı azı 20 illik təcrübəsi olan biri kimi qatıdığını deyən R. Kauzlarich əlavə edir ki, dinləmələrdə hər şey Konqres üzlərinin soruşacağı suallardan aslıdır:

«Dinləmələri keçirmək müsbət nəticədir. Məncə, burda daha vacib olan Konqres üzvlərinin soruşacağı suallardır və Azərbaycana marağın artdığı dövrdə hansı addımların atıla biləcəyidir. Yeri gəlmişkən, bütün bunlar yaxşılığa doğrudur».

Dinləmələrdə enerji təhlükəsizliyi məsələlərindən əlavə, həm də Azərbaycanda insan haqlarının durumu, AzadlıqRadiosunun Bakı ofisinin balanması müzakirə ediləcək.​

XS
SM
MD
LG