Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:51
Mingəçevir 22 avqust
Mingəçevir 22 avqust

Ölənin dostu: «Polisdə üstümüzü axtardılar. Heç nə çıxmadı»

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.

14:20 23.8.2015

Polis rəisi: "Mənim özümə də şiddətli töhmət verilib"

“Əgər mənim rəis olduğum dövrdə 4 ölüm hadisəsi olsaydı, indi məni çoxdan işdən qovmuşdular. 10 il əvvəl burada bir nəfər döyülüb, ona görə də 3 nəfər polis həbs olunub. Başqa hadisə olmayıb, yazılan 4 hadisənin nə olduğunu mən bilmirəm”.

Bunu Meydan TV-yə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov deyib.

Mingəçevir şəhərinə ezam edilən DİN əməkdaşı, general Cavanşir Məmmədov və polkovnik Ələsgər Bədəlov Meydan TV-nin suallarını cavablayıb.

Rəis bildirib ki, faktla bağlı CM-nin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb:

“7 dəfə mərhumun atası bu otaqda olub. Bütün tələblərinə əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bundan sonra 50 dəfə gəlsə, yenə qəbul edib, dinləyəcəyik. Özünə də demişik ki, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırla saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam”.

Mingəçevir arxiv fotosu
Mingəçevir arxiv fotosu

Cavanşir Məmmədov isə bildirib ki, qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşüblər. Buna baxmayaraq, qarşıdurma baş verib:

“Aksiya zamanı 15 nəfər saxlanılıb. Onların hamısı şöbədədir. Heç biri Gəncəyə aparılmayıb. Onlardan 6-7-nin işi prokurorluğa təqdim olunub, qalanları məhkəmə qərarı ilə yəqin ki, inzibati qaydada cərimələnəcəklər”.

Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ələsgər Bədəlov bildirib ki, videogörüntülərlə aksiyanın keçirilməsinə çağırış edən şəxslər müəyyənləşdirilir. O, videogörüntülərə düşmüş 3 nəfərin bölməyə gətirildiyini təsdiqləyib:

“Aksiya zamanı 10 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Prokurorluğun müstəntiqi isə morqda meyidi müayinə edərkən döyülüb. Faktla bağlı araşdırma başlanıb. Hamı bilməlidir ki, polis də cavab verəcək, vətəndaş da. Hələ heç vətəndaş bilmir ki, polis həbs olunub. Heç kimə ixtiyar verilmir ki, qanunu pozsun. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır, ona görə də lazım gələndə gücünü göstərməlidir”.

17:41 23.8.2015

10 nəfərin işi prokurorluğa verilib

“Avqustun 22-də Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə etiraz olaraq keçirilən aksiyada saxlanan 21 nəfərdən 11-i elə həmin gün cərimələnərək azadlığa buraxılıb, 10 nəfərin işi araşdırılmaq üçün prokurorluğa verilib”.

Bu barədə AzadlıqRadiosuna Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov məlumat verib.

Gözlə

No media source currently available

0:00 0:00:09 0:00
Direct-ə keçid

Ələsgər Bədəlov onu da bildirib ki, qarşıdurma zamanı Mingəçevirdən olan 10 polis əməkdaşı xəsarət alıb, bir xidməti maşın sıradan çıxarılıb. Şöbə rəisi iddia edir ki, Bəhruz Hacıyevin ailə üzvləri və qohumlarını bir neçə dəfə qəbul edib, istəklərini nəzərə alıblar:

“2 gün ərzində 7 dəfə ailə üvzlərini qəbul etmişik. Tələblərindən biri o olub ki, yerli ekspert Bakıdan gəlsin. Biz də dəvət etdik. Başqa nə dedilərsə, dedim, baş üstə. Meyidin müayinəsində qohumları iştirak edib. Bəhruz Hacıyevin şöbəyə gətirilməsi ilə onun özünü aşağı atması arasında 10 dəqiqə vaxt olub, bu müddət ərzində onu necə döymək olardı. Mən də tərəfdarıyam ki, bu işdə günahı olan hər kəs cəzalandırılsın. Rəhmətliyin narkoman yoldaşları istəyirdilər ki, şou yaratsınlar, meyidi götürüb şəhərdə gəzdirsinlər, polisin binası qarşısına gətirsinlər.Dövlətin heç bir qanununda elə bir şey yoxdur. Meyiddən şou düzəltmək olmaz”.

Polis rəisi qarşıdurma zamanı sakinlərin polisi daş-qalaq etdiyini, prokurorluğun Rəşadət adlı müstəntiqinin morqda meyidi müayinə edərkən döyüldüyünü bildirib. Hakimiyyət nümayəndəsinə xəsarət yetirməklə bağlı da cinayət işi başlanıb.

Ələsgər Bədəlov ona bu olayla bağlı şiddətli töhmət verilməsinə də münasibət bildirib:

“Mən işdən azad olunmağımı gözləyirdim, nazirə təşəkkürümə bildirirəm ki, humanistlik göstərib”.

Gözlə

No media source currently available

0:00 0:00:16 0:00
Direct-ə keçid

Saxlananlardan Aqil Nəsibovun ailə üzvünün AzadlıqRadiosuna verdiyi məlumata görə, onun məhkəməsi artıq baş tutub, 12 sutka həbs cəzası alıb. Hazırda bir neçə nəfərin məhkəməsinin keçirildiyi bildirilir.

19:44 25.8.2015

Bəhruzun meyitində elektroşok izləri olub?

AzadlıqRadiosu Mingəçevirdəki hadisələri araşdırmağa davam edir.

Avqustun 22-də 27 yaşlı Bəhruz Hacıyevin ölümü ilə bağlı etiraz aksiyasından sonra, bu gün - avqustun 24-də Mingəçevir şəhərində sakitlikdir,həyat əvvəlki axarı ilə davam edir. Arabir parklarda və ictimai yerlərdə xüsusi təyinatlı polis nəfərləri gözə dəyir.

Daha ətraflı burdan oxuya bilərsiz...

20:08 25.8.2015

“Bizi şöbəyə aparan kimi üstümüzü axtardılar, heç nə çıxmadı”

Bunu AzadlıqRadiosuna müsahibəsində avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində intihar etdiyi iddia olunan Bəhruz Hacıyevlə birlikdə saxlanan dostu Aqil Əzizov deyib

Davamı

XS
SM
MD
LG