Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:31

Assad: "İnsanlar Suriyadan terrorçulara görə qaçırlar"


Suriyada Assad və Putinin birgə şəkli
Suriyada Assad və Putinin birgə şəkli

►Bashar al- Assad müsahibəsində deyib ki, o, xarici təzyiq altında postunu tərk etməyəcək, odur ki, Suriya xalqı seçim etməlidir.

Suriya prezidenti Bashar al-Assad Rusiya televiziyasına müsahibəsində deyib ki, onun ölkəsindən insanların qaçıb Avropaya üz tutmasına səbəb terrorçulardır.

Assad Qərb ölkələrini terrorçuları dəstəkləməməyə çağırıb.

BBC –nin əməkdaşı Sebastian Usher bildirir ki, Assad “terrorçu”ları ilk dəfə deyil ki, səbəb göstərir - o, Suriya böhranı başlayan ilk günlərdən etibarən- küçələrə çıxıb silahsız etiraz edən müxalifəti “terrorçu” kimi qələmə verirdi.

İndiyə qədər Suriyanı dörd milyondan çox adam tərk edib. Onların çoxu qonşu ölkələrə, o cümlədən, Türkiyəyə qaçıblar.

Avropa Birliyi Sərhəd Agentliyinin məlumatına görə, 2015-ci ildə Avropa Birliyi sərhədlərini 500 mindən çox miqrant keçib, 2014-cü ildə bu rəqəm təxminən iki dəfə az - 280 min nəfər idi.

Sərhədi keçənlərin əksəriyyəti 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsindən, yoxsulluqdan qaçan suriyalılardır.

Assad getməyəcəyini deyir

Serbiya - Avropaya axın edən miqrantlar Macarıstanın qurduğu səddə etiraz edirlər
Serbiya - Avropaya axın edən miqrantlar Macarıstanın qurduğu səddə etiraz edirlər

Bashar al- Assad müsahibəsində deyib ki, o, xarici təzyiq altında postunu tərk etməyəcək, odur ki, Suriya xalqı seçim etməlidir.

Assad bəyan edib ki, onu xalq seçib və ancaq xalqın tələbi ilə gedəcək.

Assad 2014-cü ildə 88,7 faiz səslə yenidən seçilib. Amma müxalifət iddia edir ki, ölkədə müharibə getdiyi bir şəraitdə ədalətli səsvermənin keçilməsi mümkün deyildi.

Qərb qüvvələri və Suriya müxalifəti iddia edir ki, Assad bundan sonra ölkəni idarə edə bilməz.

Assad İranın onun hökumətini siyasi, iqtisadi və hərbi baxımdan dəstəklədiyini etiraf etsə də, İranın Suriyaya döyüşçü göndərməsi barədə deyilənləri təkzib edir.

Rusiyanın Suriyaya təsiri artır

Sentyabrın 15-də ABŞ dövlət katibi John Kerry rusiyalı həmkarı Sergei Lavrov-a müraciət edib ki, Rusiyanın, onun təbirincə, Suriyanı hərbi baxımdan niyə dəstəklədiyini açıqlasın. Kerry hesab edir ki, Kreml Assad-a dəstək verməklə münaqişənin böyüməsi riskini artırır.

Rusiya iddia edir ki, Suriyaya İslam Dövləti yaraqlıları ilə mübarizə aparmaq üçün yardım edir.

XS
SM
MD
LG