Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:36

Mərkəzi Bank prezidentin tapşırığını 10 ildən sonra icra edir


Mərkəzi Bank.
Mərkəzi Bank.

-

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin fərmanı ilə «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyəti yaradılır. Yəni, indən belə İpoteka Fondu Mərkəzi Bankın qurumu olmayacaq.

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, İpoteka Fondunun Mərkəzi Bankın nəzdində olması, əslində, «Mərkəzi Bank haqqında» qanuna zidd idi: «Nəhayət, bu ziddiyyət aradan qaldırılır. Prezident bu fondu yaradarkən, onun müvəqqəti Mərkəzi Bankın nəzdində qalacağını nəzərdə tuturdu. Hələ 10 il əvvəl prezidentin 22 dekabr 2005-ci il fərmanının 3.2-ci bəndində Mərkəzi Banka tapşırılmışdı ki, İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsi və özəlləşdirilməsi barədə təkliflərini 2006-cı ilin sonunadək təqdim etsin».

«MƏRKƏZİ BANK ÖZ İŞİ İLƏ MƏŞĞUL OLMALIDIR»

Ekspert bildirir ki, Mərkəzi Bank prezidentin tapşırığını 9 illik gecikmə ilə, həm də yarımçıq icra edir: «Hələlik, fondun özəlləşdirilməsi nəzərdə tutulmur. Görəsən, niyə?».

Əkrəm Həsənov Mərkəzi Bankın nəzdində başqa iki qurumun da fəaliyyət göstərdiyini xatırladır: «Maliyyə Monitorinq Xidmətinin və Əmanətlərin Sığortalanması Fondunun da Mərkəzi Banka tabe olması bu bank haqqında qanuna ziddir. Ümumiyyətlə, Mərkəzi Bank öz işi ilə məşğul olmalıdır. Təəssüf ki, heç öz işinin öhdəsindən gəlmədiyi halda, özünə aid olmayan səlahiyyətləri əlində saxlayıb».

XS
SM
MD
LG