Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:48

Bəs, krediti 5 mindən çox olanlar?


Arxiv fotosu
Arxiv fotosu

►“Söhbət 5 min dollaradək götürülmüş kreditlərə güzəşt tətbiqindən gedirsə, bu, daha çox istehlak kreditlərinə şamil olunacaq”

5 min dollaradək kredit götürən müştərilər borclarını köhnə məzənnəylə ödəyə bilərlər.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov yanvarın 19-da belə deyib. Onun sözlərincə, ilkin hesablamalara görə, bunun üçün 250 milyon manat lazımdır. MB rəhbəri bu məsələnin iqtisadi komandanın gündəliyində olduğunu da bildirib.

“BƏS KREDİTİ 10001 DOLLAR OLANLAR?”

Yeri gəlmişkən, deputat Vahid Əhmədov AzadlıqRadiosuna hökumətin 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə - 1.05 manatla ödənməsini müzakirə etdiyini söyləmişdi.

Deputatın müsahibəsindən sonra saytımızım oxucularından biri Taleh Əliyev sual etmişdi ki, niyə 10 min dollara qədər kredit götürənlərə güzəşt edilir?

“Bəs krediti 10001 dollar olanlar? Onlar insan deyil? Yoxsa vətəndaş deyil? Yoxsa azərbaycanlı deyil? Bu açıq ayrı-seçkilikdir...”

Buna da bax: "Nə qədər qəddar ana olasan ki..."

“SUDA BATANLARA LAQEYDLİKLƏ BAXMAQ”

İqtisadçı Məhəmməd Talıblı da bunu ayrı-seçkilik kimi dəyərləndirir. O deyir ki, söhbət 5 min dollaradək götürülmüş kreditlərə güzəşt tətbiqindən gedirsə, bu, daha çox istehlak kreditlərinə şamil olunacaq:

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

“Bu, mümkündür. Əlbəttə bu, yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ölkədə nə qədər insan böyük məbləğdə, 100-200 min dollardan başlayaraq 50 milyon dollara qədər, bundan da artıq məbləğdə biznes kreditləri götürüblər. Adı “üzən” məzənnə qoyulan ikinci devalvasiyadan sonra kreditlər 46% bahalaşıb. Böyük biznes əməliyyatları həyata keçirilən biznesin zərərlərini bölüşməmək və onlara yönəlik heç bir praktik dəstəyin olmaması onların suda batmasına laqeydliklə yanaşmaq deməkdir. Bu mənada onları nəzərə almadan yalnız bir sosial qrupa güzəştlər edilməsi, təbii ki, ayrı-seçkilikdir”.

Buna da bax: Nardaranlı Məşədi Natiq təcridxanadan buraxıldı

RİSKLƏRİ BÖLÜŞMƏKDƏN İMTİNA QİYMƏT BAHALANMASINA GƏTİRƏ BİLƏR

Məhəmməd Talıblının sözlərinə görə, kreditlərin köhnə məzənnəylə indeksasiya edilməməsi o deməkdir ki, dövlət də, banklar da müştərilərlə riskləri bölüşməkdən imtina edir:

“Bunu müştərilərlə banklar öz aralarında həll edə bilərlər. Böyük məbləğdə kreditlərə güzəştlər edilməməsi ögey münasibətdir. Bu münasibət aradan qaldırılmasa, biznes subyektlərinin öhdəliklərinin icrası çətinləşəcək”.

Məhəmməd Talıblı deyir ki, indi biznes kreditlərə ediləcək güzəştlər bir neçə il sonra öz bəhrəsini verə bilər. “Sahibkarlara güzəşt edilməzsə, malların, xidmətin qiyməti yüksələcək. Buna görə də sahibkarları müxtəlif alətlərdən istifadə etməklə fəaliyyətlərini stimullaşdırmaq lazımdır”.

“DÖVLƏT TƏDBİR GÖRMƏDİKCƏ…”

Ancaq banklar üçün də çətin bir zamanda onların müştərilərinə güzəşt etməsi nə qədər real görünür? Buna imkan varmı? İqtisadçı deyir ki, indiki halda bankların da itkiləri çoxdur:

“Onlar da ya bağlanmaq, ya birləşmək seçimi qarşısında qalıblar. Bu halda dövlətin banklara əhəmiyyətli dəstəyi qaçılmazdır. Bu baş verməsə, böhranı aradan qaldırmaq çətin olacaq. Buna görə də vəziyyətin dəyişməsi üçün dövlət banklara yanaşmasını, siyasətini dəyişməlidir”.

Məhəmməd Talıblının dediyinə görə, hökumət bir yandan da inhisarçılığı aradan qaldırmalı, vergidə, gömrükdə islahat aparmalıdır. Amma təbii ki, həm də bank kreditlərində güzəşt etməlidir. “Bunlar olmasa sahibkarlardan vergi yığımı da getdikcə çətinləşəcək. Bundan başqa, böhran daha da dərinləşəcək, eləcə də biznes krediti götürən şirkətlər və ev təsərrüfatları çökəcək. Bu eyni zamanda dövlətin maliyyə imkanlarını dalana dirənməsi demək olacaq. Dövlət önləyici təbirlər görmədikcə, hər gün biz böhranın episentrinə sürətlə yaxınlaşırıq. ”, - iqtisadçı söyləyir.

Deputat Azər Badamov deyir ki, bu məsələ hələlik hökumət tərəfindən araşdırılır və qəti qərar yoxdur.

“Düşünürəm ki, 10 min dollara qədər olan kreditlərlə bağlı müəyyən güzəşt edilə bilər. Gözlənilir”.

O ki qladı, Taleh Əliyev kimi adi vətəndaşların verdiyi suala, yəni 5-10 mindən yuxarı olan kreditlərin də köhnə məzənnəylə qaytarılmasına, deputat bu haqda konkret fikrini açıqlamadı. O, qəti qərar olmadığı üçün nəsə söyləmək istəmədi.

“Dollarla olan kreditlərin yeni məzənnə ilə ödənilməsi realdır. Çünki vətəndaş kredit götürəndə dollar şəklində götürüb. Ancaq yenə deyirəm, yüngülləşdirici qərar gözlənilir”.

Bank of Azerbaijanda 30 min çox olan əmanətlər batır...
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

XS
SM
MD
LG