Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:44

Azərbaycanın borc tapması çətinləşəcək


arxiv fotosu
arxiv fotosu

Moody’s reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini "neqativ" proqnozla "Ba1" səviyyəsində təsdiq edib.

Bu, nə deməkdir?

Ümumiyyətlə, Reytinq Agentliyi borc götürənin bu pulu qaytarmaq qabiliyyətini qiymətləndirir. Hökumətlərin və ya şirkətlərin bondlarının, borc öhdəliklərinin alınıb-alınmayacağı və alınsa, hansı faizlə alınacağı reytinq agentliyinin bu dövlətlərin, şirkətlərin maliyyə vəziyyətinə verdiyi qiymətdən asılıdır.

Reytinq şirkətlərinin nüfuzuna gəldikdə, dünyanın reytinq qiymətləndirməsi bazarının 95 faizi “Böyük 3-lüyün” payına düşür. Bunlar Moody’s, S&P və Fitch Ratings şirkətləridir.

Moody’s və S&P bazarın 80 faizinə nəzarət edir, Fitch Ratings isə 15 faizinə.

Bu günlərdə Türkiyənin reytinqi aşağı saldığına görə Erdoğöanın əsəbiləşdiyi S&P dünyanın ən böyük reytinq şirkətidir. O,Moody’s-dən azacıq böyükdür və dünya reytinq bazarının 40 faizindən çoxuna nəzarət edir.

ABŞ-ın özündə kredit reytinqlərinin 97 faizini “böyük 3-lük” müəyyən edir.

Reytinq agentlikləri qiymətləndirmədə A,B,C kimi qiymətlərdən istifadə edirlər. Moody’s-in Azərbaycana verdiyi qiymət nədir? Moody’s-in öz araşdırmasına görə, ən yüksək A reytinqi o deməkdir ki, bu reytinqli ölkə borc alanda,onu qaytara bilməməyi ehtimalı cəmi 0,18 faizdir. Azərbaycan kimi Ba1 reytinqli ölkədəbu risk A reytinqli ölkədən 10 dəfələrlə çox olur.

Bütün bunlar isə o deməkdir ki, kredit reytinqi aşağı olan ölkənin həm borc tapmağıl çətinləşir, həm də ona borcu yuxarı faizlə verirlər. Çünki riski böyükdür.

XS
SM
MD
LG