Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:45

Tavan çökdü, beton uşağın başına düşdü


"Tezliklə bura da uçacaq"
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

"Tezliklə bura da uçacaq"

-

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində tavanın qopduğu bildirilir.

«Trend»in xəbərinə görə, qəza rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı «Energetika yataqxanası»nda baş verib.

Həmin yataqxanadan ötən il AzadlıqRadiosunda reportaj vermişdik (Videoya bax)

Qismətinə müşəmbəli tavan düşdü...
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Xəbərdə qeyd edilir ki, avqustun 7-si axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb.

Tavandan qopan beton parçasının 5 yaşlı uşağın başına düşdüyü və onun xəstəxanaya çatdırıldığı söylənir.

Həmin yataqxananın uzun illərdir ki, qəzalı durumda olduğu bildirilir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məsələyə, hələlik, münasibət bildirməyiblər.

Bakıda və bəzi əyalətlərdə məcburi köçkünlərin məskunlaşdığı bir çox yataqxanaların qəzalı olduğu deyilir. Hətta, bir müddət öncə Dərnəgül qəsəbəsindəki 1 saylı yataqxanada məskunlaşan köçkünlər binanın qəzalı olmasına diqqət çəkməkdən ötrü yolu bağlamışdılar.

XS
SM
MD
LG