Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:21

'Azərbaycan xalqı referenduma getməkdən imtina edib' - Cəmil Həsənli


Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli səsvermə ilə bağlı ilkin təəssüratlarını AzadlıqRadiosu ilə bölüşüb.

- Bizdə olan məlumata görə, Azərbaycan xalqı kütləvi şəkildə referenduma getməkdən imtina edib. MSK-nın seçicilərin iştirak sayı ilə bağlı elan etdiyi rəqəmlər saxtadır. Səsvermədə iştirak edənlər də məntəqələrin yerləşdiyi məktəblərin və büdcə təşkilatlarının işçiləridir. Onlara referendum günü işdə olmaq və səsvermə görüntüsü yaratmaq göstərişi verilib. İndicə yanımdan bir karusel dəstəsi keçirdi, bir məntəqədən o birinə gedirdilər. Onların arasında iki qadın söhbət edirdi. Biri o birinə tövsiyə edirdi ki, «adam gərək düz danışsın».

- Ancaq MSK artıq seçicilərin 12 faizindən çoxunun səs verdiyini bildirib.

- Bu rəqəm real deyil.

- Milli Şuranın müşahidəçiləri məntəqələrdə müşahidə aparırlarmı?

- Hökumət bizim müşahidəçilərin səsvermənin gedişini izləməklə bağlı müraciətlərinə rədd cavabı verib. Müxalif qüvvələrin müşahidə aparmasına imkan yaradılmadı, kütləvi imtina cavabı verildi. Zatən günün sonuna əvvəldən hazırladıqları rəqəmləri elan edəcəklər. Onunla bağlı ilkin təsəvvürlər də mövcuddur. Hakimiyyət bir əldəqayırma fransız, bir də mənşəyi bəlli olmayan Amerika şirkətiylə rəy sorğusu keçirmələri üçün müqavilə imzalamışdı. Onlar saxta rəy sorğusu keçirib, biri 86, digəri 92 faiz seçicinin səsvermədə iştirak edəcəyini açıqlayıb. Günün sonunda da təxminən buna bənzər rəqəm elan ediləcək və referendumun baş tutduğunu deyəcəklər.

Buna da bax-Referendumda baş verənlərin bütün detalları anbaan burda

XS
SM
MD
LG