Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:46

İsa Qəmbər: ‘Hətta bizim gözlədiyimizdən də az seçici gəlib’


İsa Qəmbər
İsa Qəmbər

Sentyabrın 26-da keçirilən referendum başa çatıb. Açıqlanan ilkin rəsmi məlumata görə, seçicilərin 67 faizi səsverməyə qatılıb. Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının lideri İsa Qəmbər bu rəqəmə inanmadığını bildirir. O, AzadlıqRadiosu-na müsahibəsində səsvermə və referendumun nəticələrini dəyərləndirib:

“Gözlənilməz bir şey baş vermədi. Təsdiq olundu ki, hakimiyyət bu referendumu gizli bir əməliyyat kimi keçirir və cəmiyyətin bundan nə xəbəri, nə də marağı var. Bildirmişdik ki, kvorum olmayacaq, 25 faizdən az seçici gələcək, amma hətta bizim gözlədiyimizdən də az seçici gəlib. Hakimiyyət bizim müşahidəmizə nə qədər mane olmağa çalışsa da, Müsavat partiyasının üzvləri, demokratik ictimaiyyətin digər nümayəndələri, imkan daxilində, müşahidə aparmağa çalışıblar. Görünən odur ki, iştirak faizi həddindən artıq aşağı olub. Amma buna baxmayaraq, hakimiyyət hər zamankı kimi, total saxtakarlıq imkanlarından yararlanıb. Həm bu səbəblərdən, həm də Konsitusiyaya təklif edilən dəyişikliklərin mahiyyəti ilə bağlı referendumu legitim saymırıq”.

– Ölkəyə gələn beynəlxalq müşahidəçilər səsvermənin şəffaf və obyektiv keçdiyini düşünürlər. Bunu necə qiymətləndirirsiniz?

– Heç bir ciddi təşkilat referendumu müşahidə etməyə nümayəndə göndərməyib. Müşahidəyə gələn xaricilər, statusları deputat olsa da, Azərbaycan hakimiyyəti ilə bu və ya başqa maraq münasibətlərinə daxil olub, buraya gələn şəxslərdir. Onların da söylədiklərinin həqiqətlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Buna da bax:​ CANLIReferendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

– İsa bəy, “exit-pol”lar açıqlanıb, seçicilərin 65 faizinin səsverməyə gəldiyi deyilir. MSK 67 faizdən danışır, sizsə 25 faizdən də az seçicidən bəhs edirsiniz. Rəqəmlər bu qədər ziddiyyətli ola bilər?

– Seçicilərin sayı barədə sabah dəqiq məlumatımız olacaq, amma 25 faizdən az rəqəm gözləyirik. “Exit-pol”lara gəlincə, təəssüf ki, bəzi beynəlxalq dairələr Azərbaycan kimi avtoritar rejimlərlə işbirliyinə daxil olub onlara xidmət göstərirlər. Onların saxta seçkilərinə don geyindirir, seçki, referendum prosedurlarına bəzək vururlar. Bunlar həqiqətdən tam uzaq məsələlərdir. Əslinə qalsa, beynəlxalq birlik, o demokratik ölkələr vətəndaşlarının belə qeyri-demokratik oyunlara girməsinə münasibət bildirməlidirlər. Bu “exit-pol”ların həqiqilik əmsalı yoxdur.

Buna da bax:​ Finkelstein iddia edir ki, 88,9 faiz seçici 'hə' deyib

– Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov bildirib ki, referendumdan sonra iqtisadi islahatlar aparılacaq. Sizcə, referendum hansı ciddi iqtisadi islahatlara yol aça bilər?

– İqtisadi islahat, ümumiyyətlə, islahat aparmaq üçün hakimiyyətdə olan qüvvənin bu günə və gələcəyə aydın bir təsəvvürü, baxışı, siyasi iradəsi olmalıdır. Əliyev rejiminin mövcud durumla bağlı da, gələcəyə yönəlik də aydın bir baxışı yoxdur, islahat keçirməyə heç bir siyasi iradəsi də yoxdur. Bu referendumun da islahata heç bir dəxli yoxdur. Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən bəri islahatlardan çox danışıb, ancaq heç nə həyata keçirməyib. Ona görə indi də islahatlar barədə deyilən fikirlər gözdən pərdə asmaq üçündür.

XS
SM
MD
LG