Söhbət “Balasaqunlu Yusuf”dan gedir
AzadlıqRadiosunun “İZ” mədəniyyət proqramı bu sayında türk dünyasının 5 böyük kitabından birinin - bu il min illiyi dünyada qeyd olunan Yusuf Has Hacib Balasaqunlunun və onun“Qutadqu bilik” (Xoşbəxtlik elmi) əsərinin izinə düşüb. Balasaqunlu Has Yusufun tarixdə başqa bir adı da var - Haciz. O dövrdə buna “pərdədar” da deyilərmiş. Yəni hökmdarla xalq arasında pərdə rolunu oynayan adam! Gərək olanda pərdəni çəkib hökmdarı xalqla görüşdürür və xalqın şikayətlərini hökmdara çatdırır... 2006-cı ildə bu möhtəşəm əsəri Azərbaycan türkcəsinə çevirən vəminillik yubileyə “Qutadqu bilik” biblioqrafiyası”nı ərməğan edən tanınmış türkoloq Ramiz Əskər bu “İz”in qonağıdır.
-“Türk dünyasının 5 böyük kitabı” hansılardır?
- Yusuf Has Balasaqunlu Hacib - hakimiyyətlə xalq arasında pərdə rolunu oynayan adam adını necə qazanıb?
-Uyğurca yazılan “Qutadqu bilik”də nələr yer alıb?
- Verilişin bələdçisi bu kitabı nədən “cəmiyyətnamə” “insannamə” , “siyasətnamə”, “nəsihətnamə”“dövlətnamə” və “qanunnamə” adlandırdı?
-“Qutadqu-bilik” hansı ölkələrdə daha çox araşdırılıb?
-Bu möhtəşəm kitabın dünyada neçə nüsxəsi var və harada qorunur?
-Və nəhayət, Azərbaycanda çıxan bu kitabı niyə maliyyələşdirən tapılmadı və nəşri hansı xarici ölkə vətəndaşı üstləndi?
Yarım saat boyunca verilişdə bu və bənzər suallara cavab aranacaq.2016-cı ildə TÜRKSOY-un Balasaqunlu medalına layiq görülən Ramiz Əsgər bu il işıq üzü görən daha iki kitabından və gələcək planlarından da söz açacaq.
Noyabrın 6-da saat 23-də bu “İz”i itirməyin.