Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Britaniyada seçkini mühafizəkarlar udur


Boris Johnson
Boris Johnson

Mühafizəkarların qələbəsi elan olunandan sonra Johnson deyib ki, Britaniya Avropa Birliyindən planlaşdırıldığı kimi, yanvarın 31-də çıxacaq.

“Bütün bu nonsensə son qoyacaq, Breksiti yanvarın 31-dək bitirəcəyəm, heç bir ‘əgər’, ‘amma’ olmadan”, – o deyib.

Leyboristlər Partiyasının lideri Jeremy Corbin istefa verəcəyini açıqlayıb.

Jeremy Corbin
Jeremy Corbin

Avropa Şurasının yeni prezidenti Charles Michel bəyan edib ki, Britaniya parlamentinin Breksit üzrə tezliklə səsvermə keçirəcəyinə, Londonun planlarına aydınlıq gələcəyinə ümid edir.

“Britaniya parlamentinin mümkün qədər tez səsvermə keçirməsini gözləyirik... Durumun mümkün qədər tez aydınlaşması vacibdir”, – Michel AB sammitinin ikinci günündə jurnalistlərə deyib.

***

Britaniyada parlament seçkisini Breksit tərəfdarı olan Mühafizəkarlar Partiyası qazanır. Bu, Baş nazir Boris Johnson-a imkan verəcək ki, güclü mandat əldə edərək ölkəni Avropa Birliyindən çıxarsın.

Dekabrın 13-də seçkinin ilkin nəticələri açıqlanıb.

Mühafizəkarlar İcmalar Palatasından 650 yerdən 362-ni əldə ediblər. Bununla da Johnson çoxluğu qazanmış olur.

AB-dən ayrılmağın şərtlərini yenidən müzakirə etmək tərəfdarı olan Leyborislər isə indiyədək 203 yer əldə edib.

Şotland Milli Partiyası 48, Breksitin ləğvi tərəfdarı olan Liberal Demokratlar isə 11 yer qazanıblar.

Nyu Yorkda anadan olmuş, Londonun keçmiş meri Johnson “Breksiti Bitirək” deviziylə seçki kampaniyası aparıb. O vəd edib ki, parlamentdə çoxluğa sahiblənərsə Breksit sazişi ratifikasiya olunacaq və ölkə yanvarın 31-dək blokdan çıxacaq. Bu halda 2020-ci il dekabrın 31-dək keçid dövrü qoyulub.

Breksit Britaniya ilə AB-nin təxminən 50 illik inteqrasiyasına son qoyacaq, tərəflər yeni ticarət və təhlükəsizlik razılaşmasını təsdiqləməli olacaqlar.

Trump-ın təbriki

ABŞ Prezidenti Donald Trump dekabrın 13-də səhər Twitter-də Johnson-u təbrik edib.

“Böyük QƏLƏBƏ münasibətilə Boris Johnson-u təbrik edirəm! İndi Britaniya və Birləşmiş Ştatlar Breksitdən sonra nəhəng yeni Ticarət Sazişi bağlaya biləcək”, – Trump yazıb.


Avropa diplomatları da dekabrın 12-də Mühafizəkar Partiyasının artıq görünən qətiyyətli qələbəsini alqışlayıblar.

“Bu gecə bu aydınlığın ortaya çıxması dəqiqdir. Breksit məsələsində mühüm olan ayrılmağımız deyil, bundan sonra nə quracağımızdır”, – Fransanın Avropa məsələləri üzrə naziri Amelie de Montchalin Brüsseldə jurnalistlərə deyib.

Johnson isə tvitində seçicilərə təşəkkür edib, “Dünyada ən demokratik ölkədə yaşayırıq”, – sözlərini yazıb.

Rəqib Leyboristlərin ticarət üzrə sözçüsü Barry Gardiner deyib ki, “bu ekzit poll dağıdıcı zərbədir… çox məyusedici nəticədir”.

2016-cı ildə keçirilmiş referendumda seçicilərin 52 faizi AB-dən çıxmağın lehinə, 48 faizi əleyhinə səs verib.

XS
SM
MD
LG