Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:54

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

MSK respublika üzrə 2 milyon 547 min 982 nəfərin səs verdiyini, yəni, seçici fəallığının 47.81 faiz olduğunu açıqlayıb.

Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.

Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.

Seçki məntəqələrində generatorlar

Hövsan qəsəbəsində bəzi məntəqələrdə işıqların sönməsinə 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Ziya Quliyev də münasibət bildirib. O, AzadlıqRadiosuna deyib ki, bəzi məntəqələrdə artıq 40 dəqiqədən çoxdur işıq yanmır: «Məsələn 19 saylı məntəqədə 40 dəqiqədən çoxdur işıq yanmır. Bayaq bütün məntəqələrdə, hətta dairə seçki komissiyanın özündə belə sönmüşdü. İndi bəzi məntəqələrdə işığın verilməsi bərpa olundu, bəzilərində isə seçki işıqsız keçirilir. Hava şəraitini nəzərə alıb generatorla təmin etməli idilər».

30 saylı Suraxanı birinci seçki dairəsindən də «Turan» agentliyinə bəzi məntəqələrdə işıqların sönməsini təsdiq etdilər. «Bəzi məntəqələrdə generatorun gücü çatmadı, işıqlar söndü, amma seçki prosesi davam edir», - qurumdan qeyd ediblər

Onların vurğulamasına görə, problem tezliklə həll ediləcək.

Saat 10-na seçici fəallığı açıqlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər respublika üzrə 670 min 86 nəfər səs verib, seçici fəallığı 12.57 faiz olub.

Vətəndaşı oyadan seçki qutusu

Müsavatdan açıqlama

Müsavat Partiyası Seçki Qərargahının yaydığı məlumata görə, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 18 saylı məntəqəsində bu partiyanın müşahidəçisi Rövşən Məmmədov seçki məntəqəsinə buraxılmayıb. «Halbuki, Rövşən Məmmədov Mərkəzi Seçki Komissiyasından (MSK) da müşahidəçi kimi rəsmi qeydiyyatdan keçib. Seçki məntəqəsində ona deyilib ki, dairə seçki komissiyası (DSK) vəsiqəni təsdiqləməlidir. Ancaq Seçki Məcəlləsində belə bir müddəa əks olunmayıb», - partiyadan qeyd edilib.

Partiyadan bildirildiyinə görə, oxşar şikayət 68 saylı Cəlilabad kənd seçki dairəsinin 12 saylı məntəqəsində də yaşanıb.

Partiyadan verilən bu açıqlamaya, hələlik, Mərkəzi Seçki Komissiyasından (MSK) münasibət almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG