Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:55

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

MSK respublika üzrə 2 milyon 547 min 982 nəfərin səs verdiyini, yəni, seçici fəallığının 47.81 faiz olduğunu açıqlayıb.

Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.

Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.

Seçki qutuları. 9 fevral 2020
Seçki qutuları. 9 fevral 2020


Şəffaf qutu söhbəti

29 saylı Səbail seçki dairəsində 19 saylı məntəqədə qutunun birinin şəffaf olmadığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna həmin dairədən deputatlığa namizəd Fərəc Kərimli məlumat verib. Onun sözlərinə görə, bu hal Seçki Məcəlləsinə ziddir: «Müşahidəçilərimiz bunu aktlaşdırdılar və məntəqə seçki komissiyasına məlumat verərək qutunu dəyişmək vacib olduğunu dedilər. Lakin hələ də bu istiqamətdə heç bir tədbir görülməyib».

29 saylı Səbail dairə seçki komissiyasından (DSK) isə «Turan» agentliyinə bildirilib ki, 19 saylı məntəqədə olan qutuların ikisi də şəffafdır: «Həmin məntəqədə vebkamera quraşdırılıb, özünüz də baxa bilərsiniz ki, qutular şəffafdır. Qutular ortadadır və şəffaf olub-olmaması dərhal görünür. Məntəqələrdə olan qutuların hamısı şəffafdır».

Oxşar şikayət 15 saylı Yasamal birinci seçki dairəsinin 12 saylı mәntәqәsindәn də eşidilib. Müşahidəçilər AzadlıqRadiosuna bildirib ki, seçki qutulardan biri şəffaf deyil. «Məntəqə seçki komissiyasına iradımızı bildirdik, onlar isə dedi ki, onlara qutular Mərkəzi Seçki Komissiyasından gəlir və ora müraciət etməyi məsləhət gördülər. İndi aktlaşdırıb müraciət edəcəyik», -müşahidəçilər deyib.

Vebkameranın quraşdırıldığı dairədə fəallıq

79 saylı İmişli seçki dairəsinin 23 saylı məntəqəsində komissiya üzvlərindən birinin seçiciləri bu dairə üzrə deputatlığa namizəd Razi Nurullayevə səs verməyə təşviq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna həmin dairə üzrə qeydə alınmış namizəd Elşən Şəmmədli məlumat verib.

Amma 79 saylı İmişli seçki dairəsinin 23 saylı məntəqəsinin sədri Dayandur Abbasov komissiya üzvünün seçicinin iradəsinə təsir göstərməsi haqqında deyilənləri inkar edib: «Biz sadəcə izah edirik ki, namizədlərdən birinə səs versin. Həm də necə işarələməyi başa salırıq».

80 saylı İmişli-Beyləqan seçki dairəsi ilə də bağlı şikayət var. Bu dairənin 9, 10 və 11 saylı seçki məntəqələri İmişli rayonunun Sarıxanlı kəndində yerləşir. 10 saylı məntəqəyə vebkamera quraşdırıldığından süni seçici fəallığı yaradılması üçün digər iki məntəqənin seçicilərinin də ora yönəldildiyi söylənir.

Bu barədə isə AzadlıqRadiosuna adının açıqlanmasını istəməyən müstəqil müşahidəçi məlumat verib. Hazırda həmin məntəqənin giriş qapısı önündə uzun növbə yaranıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsinin sədri Rza Əzizov bu deyilənləri əsassız hesab edir: «Deməklə deyil ki... Faktlar, sübutlar varsa, təqdim olunsun, araşdıraq. Bu halla bağlı komissiyaya şikayət olunmayıb».

Gəncədə 37 saylı DSK-nın 12 saylı məntəqəsində müşahidəçi iki nəfərin eyni vaxtda səsvermə kabinəsinə girməsini məntəqə nümayəndələrinə çatdırır. Amma ona bunun qanun pozuntusu olmadığı bildirilir.

Səsvermə kabinəsinə iki nəfər girir
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Davamı

XS
SM
MD
LG